Page 955 - antologiya - poeziya_175x250_Layout 1
P. 955

Anar


                – Yüz faiz. Ayıq vaxtımda zәng elәdim ki, mәnim haqqımda yanlış
            tәsәvvürünüz olmasın. Sonra elә bilәrsiz içkibazam. İldә-ayda bir dәfә
            içirәm.
                – Yaxşı ki, zәng elәdiniz, yoxsa bu axşam mәn dә yaman darıxırdım.
            Radiom xarab olub.
                – Siz hәmişә belә gec yatırsınız?
                – Hә, mәn gecәyarısına qәdәr radioya qulaq asıram. Amma bu gün ra-
            diomun lampası xarab olub, lap dәli kimiy әm.
                Dәstәkdәn piano sәsi eşidilirdi. Lap uzaqdan eşidilirdi.
                – Siz suallara cavab vermәyi sevmirsiz, amma deyin, kimdir bu gecә
            vaxtı piano çalan?
                – Aa, – o güldü. – Bizdә deyil, qonşudadır. Bir zәhlәtökәn qızdır ki,
            sәhәrdәn axşamacan çalır. Divarlar nazikdir, bu qammalar mәni lap cәzana
            yetirib. Radiom işlәyәndә, heç olmasa eşitmirәm onun çalmasını.        379
                – Radioyla nәyә qulaq asırsınız ki?
                – Efir evimin içi kimidir. Bax burda hәmişә gecә konserti var – elә bil
            mәn onun radiodalğaları üzәrindә gәzәn barmaqlarını görürdüm – burda da
            kәsik-kәsik melodilәrdir, uzaq okeanların üstündәn uçub gәlir.
                Burda hәmişә tufan uğuldayır, burda da anlamadığım bir dildә
            danışırlar. Burda hәmişә sәs-küy olur. Konferansye zarafat edir, camaat
            gülür, әl çalır, mәn sözlәri başa düşmü rәm, amma hamı gülür, fit verir, әl
            çalır, mәn dә şәnlәnirәm.
                Burda da nә isә intim bir verilişdir. Kişiylә qadın lap ya vaş, pıçıltıyla
            danışırlar, mikrofonda nәfәslәrini dә eşidirәm.
                Radio qәribә şeydir. Elә bil bütün dünya mәnim otağımdadır. Dünyanın
            gecәsi. Göy, melodiyalar, dramlar, tәyyarәlәr...
                – Tәyyarәlәr niyә?
                – Qulaq asın, – dedi. Başa düşdüm ki, susub dinlәyir. Mәn dә qulaq
            verdim vә bir qәdәr sonra tәyyarә uğultusu eşitdim. Görәsәn, bu tәyyarә
            bizim evin dә üstündәn keçә cәkmi? Görәsәn, onun evi hansı sәmtdәdir,
            şәhәrin hansı tәrәfindә?
                – Radioyla tәyyarәlәr qohumdurlar, elәmi? – deyә qәfilcәyә soruşdu.
                – Hardan qohumdurlar ki?
                – Sәmadan, – dedi vә yenә susdu. İndi dәstәkdәn tәyyarә uğultusu
            deyil, yenә dә bayaqkı kimi yeknәsәq qammalar eşidilirdi.
                – Mәn elә hey danışıram, danışıram, siz isә susursunuz. Siz dә mәnә
            bir şey danışın.
                Özüm dә özümә tәәccüblәnә-tәәccüblәnә, bilmirәm, heç niyә: mәn bu
            yad adama heç kәsә danışmadıqlarımı danış mağa başladım.
   950   951   952   953   954   955   956   957   958   959   960