Page 956 - antologiya - poeziya_175x250_Layout 1
P. 956

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                        İşdәki çәtinliklәrimdәn, köhnә dostum Firuzla günü-gündәn uzaqlaş-
                    mağımızdan, elmi rәhbәrimi neçin sevmәdi yimdәn, müzakirәdә ona
                    ağzımdan çıxanı dediyimdәn vә başqa-başqa bu kimi şeylәrdәn. Ona heç
                    bir dәxli olmayan şeylәrdәn.
                        Niyә mәn bunları mәhz ona danışırdım? Özüm dә bilmirәm. Amma
                    özümü saxlaya da bilmirdim.
                        Birdәn özümә gәldim. Tәlәsik onunla xudahafizlәşib dәstәyi asdım.
                        Evimә tәrәf addımlaya-addımlaya düşünürdüm. Düşünürdüm ki, bunu
                    kimә danışsam inanmaz. Doğrudan da, tanımadığın, üzünü belә görmәdiyin
                    adama qәlbini necә açmaq olar. Mәn onun haqqında nә bilirdim? Heç nә.
                        Bircә onu bilirdim ki, gecәlәr o, radio dinlәmәyi sevir, qonşusu isә pianoda
                    qamma çalır.
                        Bu hekayәnin iştirakçılarından biri – telefondur. Mәn telefon haqqında
                    bir neçә kәlmә demәk istәyirәm. Son vaxtlar mәn telefonlar barәsindә çox
              380
                    düşünürdüm: onlar mәnә qәribә vә müxtәlif cür görünürdülәr.
                        Bizim laboratoriya müdirimizin otağında – masanın üstündә qara bir
                    telefon aparatı var. Hәr dәfә bu aparata baxanda mәnә elә gәlirdi ki, onun
                    xәtti dinamik mәftilinә oxşayır.
                        Müdirin daima nigaran, daima tәlaşlı, qorxu çәkәn gözlәrinә baxanda
                    mәnә elә gәlirdi ki, bu telefonu onun otağına gec partlayan mina kimi
                    qoyublar. O hәr zәngdәn, hәr hәrәkәtdәn diksinirdi.
                        Yәqin, ona elә gәlirdi ki, bu mina – telefon hәr dәqiqә bәd bir xәbәrlә
                    partlaya bilәr. Bir gün zәng elәyib ona deyәcәklәr ki, sәni işdәn çıxarıblar,
                    yaxud arvadın qaçıb...
                        Kanselyariyamızda da telefon vardı. Amma diski rәqәmsiz, bağlı, qara
                    bir dairә idi, elә bil möhürlәnmişdi. Mәnә elә gәlirdi ki, bu telefon tәkәrsiz
                    maşın, ünvansız mәktub kimi kömәksiz vә acizdir.
                        O, sanki mütiliyin, asılılığın, passivliyin, tәşәbbüssüzlüyün rәmzi idi –
                    sәnә zәng vura bilirlәr, amma sәn heç kәsә zәng vura bilmirsәn.


                        Bu tipli telefonların müqabilindә telefon avtomatlar da mövcud idi.
                    Telefon avtomatlar disksiz telefonların tam әksi idi. Sәn zәng edә bilirsәn,
                    amma sәnә cavab verә bilmirlәr.
                        Zәng elә ağzına gәlәni de, lap söy, kim sәni tapacaq? Telefon avtomat-
                    lar – cәzasızlığın, mәsuliyyәtsizliyin, özbaşınalığın rәmzi idi. Onların üstün-
                    lüyü bombardmançı tәyyarәnin silahsız gәmi üzәrindәki üstünlüyünә
                    oxşayırdı.
                        Bilsәniz evimdә telefon olmamasına nә qәdәr hayıfsılanırdım. Әlimә
                    ke çәn iki qәpiklәri Hacı Qara kimi xәsisliklә yığır, gizlәdirdim. Tanış-
   951   952   953   954   955   956   957   958   959   960   961