Page 964 - antologiya - poeziya_175x250_Layout 1
P. 964

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                        Biz gediş-gәlişi azalmış adamları seyrәlmiş küçәlәrlә keçirdik vә mәn
                    ondan soruşdum:
                        – Bәs işiniz olmayanda axşamlar neylәyirsiz?
                        – Evdә otururam, – dedi.
                        – Elә tәk-tәnha oturursunuz evdә?
                        – Bәli, nәdir ki?.. Oxuyuram, radioya qulaq asıram.
                        Görәsәn, radio haqqında danışdıqlarını indi dә danışacaqmı? Amma
                    tamam başqa mәsәlәdәn söz saldı vә mәn bununçun ona minnәtdar idim.
                        – Bu da mәnim pәncәrәm, – deyә üçüncü mәrtәbәni göstәrdi.
                        – Bәlkә, pillәkәn qaranlıqdır, qoyun sizi yuxarıyacan ötürüm.
                        – Yox, – dedi.
                        Amma mәn geri çәkilmәk istәmirdim.
                        – Bәlkә, mәni evinizә dәvәt edәsiz?
              388       – Mәmnuniyyәtlә. Amma indi gecdir, – o, saatına baxdı vә mәn hiss
                    elәdim ki, әsәbilәşir.
                        – Gecdir? Siz belә tezdәn yatırsınız?
                        – Yox, amma... – o, narahat idi, söz tapa bilmirdi.
                        – Yaxşı, indi ki, mәnә bir stәkan çay vermәk istәmirsiniz, gәlin bir az
                    da gәzişәk, hava alaq.
                        O dinmәdi. Biz bir neçә dәfә onların evlәrinin başına hәrlәndik. Mәn
                    yaman getmәk istәyirdim onun evinә. Telefon söhbәtlәrindәn mәnә bu qәdәr
                    tanış olan bu ala-işıq mәnzili, radionu, yumşaq kürsünü görmәk istәyirdim.
                        Bәlkә dә, o gün mәni evinә dәvәt etsәydi, hәr şeyi ona deyәcәkdim.
                        Ancaq dәhliz qapısının qarşısında ayrılarkәn o, әlini tәlәsik mәnә
                    uzatdı.
                        – Yaxşı, hәlәlik Seymur müәllim. Çox sağ olun. Gecәniz xeyrә qalsın.
                        Gülümsündü, cәld çevrilib qaçdı.
                        Mәn onun addım sәslәrini dinlәyirdim vә birdәn hәr şeyi başa düşdüm.
                    Başa düşdüm ki, o niyә tәlәsir, әsәbilәşir, tez-tez saata baxırdı. O, telefon
                    zәnginә gecikmәkdәn qorxurdu. Mәnim zәngimә.
                        Bir neçә gündәn sonra bizim mәsul katib istehsalat müşavirәsindә
                    axmaq bir çıxış elәdi.
                        Mәn söz aldım vә onu birtәhәr elәdim. O mәnә cavab vermәdi vә
                    birdәn mәnim yazığım gәldi bu kişiyә. Neçә ildir qәzetdә işlәyir, yәqin, hәlә
                    heç kәs onunla bu tonda danışmayıb. Özü dә adam içindә.
                        Müşavirәdәn sonra mәn özümü narahat hiss elәdim, әvvәla ona görә
                    ki, tamamilә haqlı deyildim, ikincisi ona görә ki, Firuzun mәslәhәtlәrini
                    xatırladım, üçüncüsü dә ona görә ki, bu işdәn dә getmәk istәmirdim.
   959   960   961   962   963   964   965   966   967   968   969