Page 968 - antologiya - poeziya_175x250_Layout 1
P. 968

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                        – Fikirlәşib bir şey taparıq. Axı telefon әlaqәsi xәyanәt deyil, günah
                    deyil. O vaxta sәnin dә evindә telefon olacaq, mәn özüm sәnә zәng
                    elәyәcәm.
                        Axı ona necә başa salaydım ki, bu heç bir vaxt müm kün olmayacaq.
                        – Mәni başa düş, – deyirdi, sәsi ciddi vә kәdәrli idi, – bax, siz kişilәr
                    hәrdәn tәklikdәn, tәnhalıqdan şikayәt lәnirsiz. Mәnim lap gülmәyim tutur,
                    çünki siz әsl tәkliyin nә demәk olduğunu heç vaxt başa düşә bilmәzsiniz.
                        Elә tәklik ki, onu yalnız qadın başa düşә bilir. Gecә ayı lırsan, divarlar
                    üstünә gәlir... nә isә, qәmli şeylәrdәn danış mayaq. Sәn nә desәn, onu
                    edәcәm. İstәyirsәn yox deyim.
                        Mәn ona nә deyә bilәrdim? O susdu, sonra mәn tәyyarә uğultusu
                    eşitdim vә başa düşdüm ki, bu özü elә cavabdır. Heç bir vaxt bizim heç biri -
                    miz – nә mәn – Rüstәm, nә dә mәn – Seymur onun hәlak olmuş әrinin yerini
                    tuta bilmәyә cәyik.
              392
                        O axşam işdәn sonra ilk dәfә mәni evinә dәvәt etdi. Mәn dәhlizi vә
                    mәrtәbәni bilirdim, amma mәnzil qapısını tanımırdım. Qaranlıqda başqa
                    qapını döydüm. Açan olmadı.
                        Kibrit çәkdim vә qapının üstündә not vәrәqindә yazılmış “Açar
                    qonşudadır” sözlәrini oxudum. Not kağızını görәn kimi qammalar yadıma
                    düşdü vә bildim ki, qapını çaşdırmışam. Çönüb qarşıdakı qapını döydüm.
                        “Nerinqa” radiosu, yumşaq kürsü, torşer – hәr şey eynilә mәn tәsәvvür
                    elәdiyim kimiydi.
                        – Bu saat, Seymur, sәnә әntiqә musiqi tutacam, – dedi. – Sәn qulaq as,
                    mәn dә çay qoyum.
                        Sonra mәn onu öpürdüm, qucaqlayır, oxşayırdım. Hiss edirdim ki, ona
                    qadınlığı xoş vә çәtin bir ağrıyla qayıdır.
                        Divar dalında lap yaxınlıqda qamma çalmağa başladılar, birdәn o
                    mәnim әllәrimin arasından çıxdı vә nәyәsә qulaq asmağa başladı.
                        Mәn dә dinlәyirdim. Bilirdim ki, bir neçә saniyәdәn sonra mәn dә bu
                    uğultunu – tәyyarә uğultusunu eşidәcәyәm. Amma heç bir tәyyarә-filan yox
                    idi. Birdәn başa düşdüm ki, Mәdinә nәyә qulaq verir. Mәdinә telefonu
                    dinlәyirdi. Bu vaxtlar o zәng edәrdi.
                        – O, – yәni mәn.
                        Bilirdim ki, o daha zәng elәmәyәcәk, daha heç bir vaxt zәng
                    elәmәyәcәk, amma bir an mәn dә şübhәlәndim, mәn dә gözlәdim vә mәn
                    dә möcüzә arzuladım – istәdim, telefon sәslәnsin.
                        Telefon susmuşdu.
   963   964   965   966   967   968   969   970   971   972   973