Page 973 - antologiya - poeziya_175x250_Layout 1
P. 973

Øàhmar


                Qarasına dillәndim:
                – Dürüst yadımda deyil. Sәkkizinci, ya doqquzuncu sinifdә oxuyanda
            tanış olmuşduq deyәn.
                – Ә, yox, ә, – sәsindә, başını geri elәmәyindә, gözlәrinin oynaq
            parıltısında üstünlük özünü büruzә verir, bilinirdi.
                Yaxşılığı pislikdәn tez dәrk elәyәn oğlumun, әrinә hәssasdan hәssas
            olan (tәk mәhәbbәtindәn yaranmamışdı bu) arvadımın yanında Әkbәrdә
            belә üstünlük olmayaydı gәrәk. İndi әvәzini çıxacaqdım.
                – Ağabacı, altıncı sinfi bitirib yeddinciyә keçmişdim. Yaylaqdaydım.
            Aran yolunun altında heyvanları otarırdım. Bir dә gördüm eşşәk qabağında,
            mәn yaşda, mәn boyda bir oğlan gәlir. Özü dә dörd bir yana
            boylanmağından görünür ki, qorxur, pәsinir. Mәnim dә әlimdә, Hәzrәt
            Abbas haqqı, bir kәrmәşöy ağacı var, uzunluğu iki özüm boyda. Öz-özümә
            dedim, indi bu oğlanın kürәyinә bir ağac çәkәcәm (ölmüşdü Xandadaş),   397
            eşşәyini qoyub qaçacaq. Yaxınlaşıb yolun qırağında hazır dayandım. Oğlan
            mәnә çatar-çatmaz bәrkdәn:
                – Ә, kimsәn, ә? – dedim.
                Özüm bilә-bilә sәsimi qaldırdım ki, bu uşaq, bu oğlan in ci sin mәndәn,
            cavab qaytarsın, mәn dә ağacı qaldırım düş üm canına. İncimәk-zad nәdi,
            oğlan dönüb yazıq-yazıq dedi ki, Balçılıdan gәlirәm, Balçılıda oluruq,
            Balçılıyam mәn.
                Soruşdum ki:
                – Eşşәyin dә Balçılıdımı, ә?
                Dedi ki, hә.
                Sonra da boynunu burub yalvarmağa başladı ki, sәn mәnim әmim
            oğluna oxşayırsan, gәl dost olaq. Mәnim dә ürәyim yumşaldı, qollarım
            yanıma düşdü, dedim, gәl olaq. Hәmәn o oğlan, bax, bu İsmayıldı.
                Әkbәr güldü. Onun uşaq kimi saf, tәmiz gülüşü adamın xoşuna gәlirdi.
            Düşündüm ki, dost, bu gülüş dә sәni mәnim әlimdәn qurtara bilmәyәcәk.
                Dedim, sәn danışıb qurtardın, indi dә mәn danışım.
                Kiçik bir haşiyә. Mәn, Әkbәrin gözlәrinә baxıb danışa bilmәyәcәkdim.
            Arada uzun vaxt sәhralığı vardı. Arvadıma da baxıb danışa bilmәyәcәkdim.
            Tale, bәxt söhbәtlәrindәn tutmuş xırda mәişәt söhbәtlәrinә kimi bütün
            söhbәtlәri, biz bir-birimizә yox, ortaya demişdik hәmişә.
                Ona görә dә qabağımdakı nimçәyә baxıb danışmağa başladım.
                – O vaxt bizim yaylağımız sizin yaylaqdan yuxarı, Soyuqbulaqdaydı.
            Özü dә Balçılıqdan-zaddan gәlmirdim o gün. Bunu yalan deyirsәn, uydu-
            rursan özündәn. Meşәnin fızıllığında, meşәbәyindәn gizlin, beş-on pәrdi
   968   969   970   971   972   973   974   975   976   977   978