Page 972 - antologiya - poeziya_175x250_Layout 1
P. 972

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                    oğlumu gördü. Daha doğrusu, o әylәşmәk istәyәndә nәyәsә bәrkdәn güldü,
                    mәn qorxa-qorxa uşağa tәrәf baxdım ki, oyanar birdәn. (İşıq haqqı qәsdәn
                    baxmadım.) Elә bu vaxt Әkbәr mәnim baxışımı tutdu vә uşağı gördü.
                        – Allahsız, ikincidirmi?
                        O, uşağın üzünü yaxşı görmәk üçün beşiyin üstә әyildi.
                        – Neçә aylıqdı?
                        – İyirmi günün içindәdi.
                        – Bah, – o donuxdu: – Ә, bә mәnә niyә demәyibsәn? “Uşağın qırxı
                    çıxmamış üstünә gәlmәzlәr, sәdәmә toxunar, nәzәrrәnәr, qonaq qәdәmini
                    içәri qoymamış gәrәk uşağı bayıra çıxardasan vә s…”
                        – Ә, mәn elә şeylәrә fikir verәn deyilәm.
                        – Yox, elә demә.
                        Әkbәr cәld әlini cibinә saldı, bir qalaq pul çıxartdı vә göy bir әllilik
              396   ayırıb uşağın yorğanının üstünә qoydu.
                        “Ә, lazım deyil, nә elәdiyindi, ә, bәsdi, biabır elәmә bizi, yaxşı deyil,
                    üzünә baxmaram sәn öl, nә bilim nә, nә…”
                        Bilirdim ki, heç vaxt nә Әkbәrin, nә arvadımın, nә beşinci sinfә keçmiş
                    oğlumun fikrinә gәlmәz ki, mәn Әkbәri qırxı çıxmamış uşağın üstünә elә
                    bu әlli manata görә çağırmışam. Mәnim dә ağlıma, ürәyimә gәlmәzdi,
                    gәlmәdi dә, ancaq… Gözümdәmi, әlimdәmi, nәfәsimdәmi, mәndәn
                    kәnardamı, mәnim özümdәki (bilmirәm, bilmirәm) bu fikir-sual. “Sәn
                    Әkbәri elә bu әlli manata görә çağırmısan?” – müstәqil, amansız, dәhşәtli
                    şәkildә mövcud idi.
                        Bu fikir-sual, yaxşı fikir-sual deyildi. Bu fikir-sualı unutmaq, üstündәn
                    qәlәm çәkmәk üçün araq içmәk lazım idi.
                        Әkbәr dedi, mәnә az süz, içmişәm bayaq. “qardaşa ğanın kümәsinә xoş
                    gәlmisәn” – bir qәdәh, “hәmişә sәn gәlәsәn” – yenә bir qәdәh…
                        İndicә kövrәlәcәydik, uzaqda qalmış xatirәlәri ipә-sapa düzәcәkdik.
                        Mәn birdәn anladım ki, üzümü Әkbәrә tutub danışa bilmәyәcәyәm.
                    Әkbәr bunu mәndәn qabaq başa düşmüşdü de  yәn. Yәqin, elә ona görә dә o,
                    arvadıma müraciәtlә dillәndi:
                        – Ağabacı, bilirsәn mәn İsmayılnan havaxtdan dostam, qardaşağayam?
                    İ-i-i… – üzünü mәnә çevirib, dәyişmiş sәslә xәbәr aldı: – Ayә, neçә ildi
                    sәnnәn qardaşağayıq?
                        Onun bu sualında, sualının ahәngindә doğmalıqdan, әrkdәn özgә dә
                    nәsә vardı. Böyüklükmü deyim, üstünlük, dambatlıqmı… “Bәli, beş kilo
                    gilas, әlli manat pul, – acı-acı düşündüm. – İndi adama salamı da havayı
                    vermirlәr”.
   967   968   969   970   971   972   973   974   975   976   977