Page 750 - antologiya - poeziya_175x250_Layout 1
P. 750

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                    mәşğuldur?.. Cәmiyyәtimizdәki pis әmәllәr, pozğun ehtiraslar mәgәr on-
                    lardan çıxmır?.. Tutaq ki, yedilәr hәr il otuz batman düyünün plovunu, beş
                    batman yağı, on beş qoyunu yedilәr, hәr ay bir xanımın ağuşunda gecәlәrini
                    sәhәr etdilәr. On il, iyirmi il, otuz il ömürlәrini mütәmadi bu minvalla
                    keçirtdilәr. Nә olsun?.. Bir sәhәr yuxudan duran kimi yenә yemәk
                    istәyәcәklәr, hәm dә bizdәn artıq bir acgözlüklә özlәrini plovun üstә ata-
                    caqlar, bir arvad gördükdә gözlәri heyvan gözü kimi yanacaqdır. Heç bir
                    zaman qarınlarını tox, ehtiraslarını soyumuş görmәyәcәklәr. Qazandıqları
                    da xalqın nifrәt vә qәzәbi olacaqdır. Hәyat bundanmı ibarәtdir?.. Mәn ki
                    belә hәyatı istәmәzdim.... Bir iş görmәk istәyirәm, Azad!.. Elә bir iş ki,
                    bizdәn beş gün sonra gәlәnlәr dә ondan bir xeyir görsünlәr... Kәndә
                    gedәcәyәm... Bir әrbaba nökәr olub bağbanlıq edәcәyәm... Heç olmazsa
                    ağac әkәrәm, bağ salaram, ölәndәn beş il sonra bir xeyir görәrlәr. Adımı
              174   rәhmәtlә çәkәrlәr!.. Mәn bu qәdәr danışdım. Azad heç dodaqlarını da
                    tәrpәtmәdi... Gözlәri bir nöqtәyә dikib durdu... Mәn onun heç bir zaman,
                    heç bir şey başa düşmәyәcәyi bir alәmdәn danışdığımı güman etdim... Mәnә
                    elә gәldi ki, o ömründә bir dәfә dә belә mәsәlәlәr haqqında düşünmәmişdir...
                    Hәtta bu fikirlәr ona tәәccüblü görünür. Bәlkә, mәndәn acığı da gәlir... Mәni
                    naxoş vә ya xudbin hesab edir... Papağımı götürüb dükandan çıxmaq
                    istәdim... O, yerindәn tәrpәnmәdi. Mәn onun üzünә baxdım:
                        – Dünyada sәn olmasaydın, mәn çoxdan özümü öldürmüşdüm, –
                    dedim. – Çünki sәnә baxıram, mәndәn dә faydasızları var, deyә tәskinlik
                    tapıram... Yazıq, min yazıq bizә baxıb övladlarım var deyәn vәtәnә! Yazıq
                    bu gül kimi Azәrbaycan torpağına ki, üstündә sәn vә mәn gәzirik... O,
                    bizdәn nә xeyir gördü? Hansı şәhәrini abad etdik?.. Hansı karxanaları
                    yaratdıq, hansı maşınları qayırdıq? Bu torpaq başqalarının әlindә olsaydı,
                    hәr qarışını bir qızıla dәyişmәzdi. Burada bir cәnnәt düzәldәrdilәr ki,
                    üstündәki hәr vәtәndaş sәnin bir әrbabından xoş vә ali hәyat keçirәrdi...
                    Bәli, әzizim  Azad Sükuti, sәn bir mәzar kimi sussanda mәn sözümü
                    deyәcәyәm.. Bizim hәyatımız bir qara quruşa dәymәz!.. Çünki bizcә hәyat
                    yemәkdәn vә yatmaqdan ibarәtdir... Biz ölüm qapımızı döyәn günә kimi dә
                    belә yaşayacağıq... Biz ölmәk üçün yaşarıq... Yaşamaq üçün ölәn insanlar-
                    dan xәbәrsizik!.. Buna görә dә cәnazәmiz qәbrә çatmamış bizi
                    unudacaqlar... Sәni dә, mәni dә, bizim tanış vә dostlarımızı da. Yox, bәlkә,
                    sәni bir yad edәn tapıldı... Deyәcәklәr ki, dәrzi Azad yaxşı yamaq salardı...
                    Allah rәhmәt elәsin!
                        Özümü dükandan küçәyә atarkәn onun sәsini eşitdim.
                        – Fәrda, Fәrda!
   745   746   747   748   749   750   751   752   753   754   755