Page 749 - antologiya - poeziya_175x250_Layout 1
P. 749
Mirzÿ Èárahimov
– Azad, – dedim, – dәrd ürәyimi dağıdır. Ağlamaq istәyirәm.
Gözlәrimdәn yaş gәlmir. Bu nә güzәran, bu nә dirrikdir? Azad! İşlәmәyә
yer yox, danişgahda oxumağa im kan yox, oğurluqmu edim, qardaş? Әlim
sağ, qolum sağ, özüm dә dağ gücü hiss edirәm, mәn nәlәr edә bilmәrәm?
Әlim dәn nә gәlmәz? Nәyә gücüm çatmaz? Vallah, od dәr yasını yar keç
desәlәr, keçәrәm! Bәs indi dә işlәmәyәndә mәn nә zaman işlәyәcәyәm?..
Hara gedim, tiryәkxa nayamı?.. Ömrümün baharını әli fanuslu qonaq axtaran
evlәrdәmi keçirim?..
O nә isә tikirdi. Mәn sözә başlayarkәn әl saxlayıb ani olaraq üzümә
baxdı, yenә iynәsini götürәrәk öz işilә mәşğul oldu. Söz bura çatan kimi o,
iynәsini yerә qoyub sakit nәzәrlәrini mәnә çevirdi...
– Azad, – dedim, – bizim hәrәmizin iyirmi dörd yaşı mız var... İyirmi
dörd! Kim bilir, bәlkә dә, biz ömrümüzün yarısını artıq yaşamışıq... Bәlkә
dә, çoxunu yaşamışıq... Bәlkә dә, lap bir omrümüz qalır... Bu iyirmi dörd 173
ildә biz nә görmüşük? Bizdәn soruşsalar ki, hәyat nәdir, nә cavab verә
bilәrik? Bәli, hәyat nәdir, insan ömrünün mәnası nәdir, nә üçün insan
dünyaya gәlir vә bir müddәt sonra yox olur, ölüb gedir, deyәn bir fikir günlәr
rahatlıq vermir, bir il vә ya bir ay sonra ölә bilәcәyimi tәsәvvür etdikdә mәni
vahimә basır... Hәyatda mәn nә gördüm, nәhayәt, nә qoyub gedi rәm?.. Ölәn
günün sabahısıca bizi unudacaqlar... Bir daş da yon mamışıq ki, ona baxanda
bizi xatırlasınlar... Bizim üçün hәyat nәdәn ibarәt olmuşdur?.. İdraksız
uşaqlıq dövründәn sonra başlanan aclıq, ehtiyac vә avaraçılıqdan başqa, biz
nә görmüşük?.. Mәnә elә gәlir ki, bir quşun, bir qarışqanın hәyatı
bizimkindәn daha faydalı, daha ağıllıdır. Biz heç bir şey gözlәmәdәn, heç
bir şey arzu etmәdәn, mәqsәdsiz, qayәsiz bu günü sabah elәmişik... Sәhәr
bütün heyvanlar yuxudan duran kimi biz dә durmuşuq... Bütün heyvanlar
kimi tövlәmizdәn çıxmış, avara-avara dolanıb gün batanda yenә yatmışıq
vә bu qayda ilә günlәrimizi keçirmişik... Bir tikә çörәk, qışda bir manqal
kömür dәrdindәn başqa hansı bir fikir, hansı bir әmәl qәlbimizi döyün -
dürmüşdür? Mәgәr hәyat budur?.. Yaşayışın qayәsi budurmu?.. Sәn elә
bilmә ki, mәni danışdıran pulsuzluq vә ya aclıqdır... Yox, Azad!.. Fikrimdә
başqa şeylәr dolanır. Bizim bu fasid mühitә baxıram, ürәyim bulanır. Sahibi-
mәnsәblәrimizi götür... Onlardan bәzilәrini mәn tanıyıram... Onlar yaşayışın
mәna sını mәgәr bizdәn artıq qanmışlar?.. Hansı әmәl üçün onları öldükdәn
bir gün sonra yad edәcәklәr? Tiryәkә vә fahişәliyә rәvac verdiklәri
üçünmü?.. Bir heyvanın hәyatı onların hәyatından daha faydalıdır... Heç ol-
mazsa heyvanın bir şeyә xeyri olur... Onlar isә yeyir, yatır, işsizlikdәn şişir,
toxluqdan harınlıq etmәyә başlayr, xalqa min cür әziyyәt verirlәr. Heç ol-
mazsa bir tikә çörәk dәrdi bizim fikrimizi mәşğul edir!.. Onların başı nә ilә