Page 753 - antologiya - poeziya_175x250_Layout 1
P. 753

Mirzÿ Èárahimov


            çıxmamış Sәlimә xalaya baş çәkmәyi borc bildim. O, Azada salam göndәrdi.
            Bir cüt corab, bir dә yun şәrf büküb verdi. Soyuqdur, ona yetir, dedi. Mәn
            dә onu anama, anamı da ona tapşırdım. Hәr ikisinә ürәk-dirәk verib yola
            düşdüm. Sabahısı günü biz Zәncana çatdıq. Şәhәr demokratların әlindә idi.
            Zülfüqari neçә gün әvvәl şәhәrdәn çıxıb qaçmışdı... Başına yığdığı
            adamlarla cәnub tәrәfdәki kәndlәrdә terror yaradır, Zәncana hücum etmәyә
            hazırlaşırdı. Onun bu fikrini pozmaq üçün Zәncanın demokrat hökumәti
            fәdailәrdәn bir neçә dәstә cәnuba göndәrmişdi... Azadın bu dәstәlәrdәn
            birinә başçılıq etdiyini mәn Zәncandan öyrәndim... Doğrusu neçә ildәn bәri
            ayrıldığım vә hәlә dә fikrimdә sakit, hәdsiz dәrәcәdә mülayim bir adam
            kimi canlanan Azadı çox görmәk istәyirdim. Onun indi nә halda olduğunu,
            nәlәr düşündüyünü, nә cür dәyişdiyini tәsәvvür etmәyә çalışırdım... Lakin
            aydın bir qәrara gәlә bilmirdim. O biri tәrәfdәn dә köhnә bir yoldaş, bir
            qardaş kimi onu könlüm istәyirdi... Elә bu zaman Zәncana xәbәr gәldi ki,
            Zülfüqari ilә fәdailәrin ilk dәstәsi... “X” kәndinin yaxınlı ğında qarşıla -  177
            mışdır... Azca atışmadan sonra Zülfüqari kәndә çәkilmiş vә әtrafı möh -
            kәmlәtmişdir... Fәdailәr dәstәsi kәndi dörd tәrәfdәn müha sirәyә almışdır...
            Bu dәstәnin başçısı Azad idi... Çox gәrgin vә mәsuliyyәtli bir vә ziy yәt
            yaranmışdı. Biz fәdailәrin mütlәq qәlәbәsini tәmin etmәyi vә mümkün qәdәr
            az tәlәfat vermәyi düşünürdük. Hәmin gecәni biz Zәncandan çıxdıq vә
            atışmanın şiddәtli zamanında gәlib Azadın dәstәsinә çatdıq... Azad fәdailәri
            uzun müddәt kәndin әtrafında açıqlıqda, soyuq havada saxlamağın çәti n -
            liyini görәrәk, dörd tәrәfdәn kәndә hücuma keçmişdi... Bәrk atışma gedirdi,
            fәdailәrdәn bәzilәri, hәtta kәndin içinә girmişdi. Zülfüqari, deyәsәn, kәndi
            rahatca vermәk istәmirdi... Onlar ciddi müqavimәt göstәrirdilәr... Lakin
            fәdailәrin tәzyiqi getdikcә artırdı... Bir neçә saat qaralanda şәrq tәrәfdәn
            Azad özü qabaqda olmaqla fәdailәr kәndә doluşdular. Bu zaman Zülfüqari
            ağır tәlәfatdan sonra bir neçә nәfәrlә kәndin qәrb tәrәfindәn qoyub qaçdı
            vә aradan çıxdı... Biz hәmin vuruşmada Azadın yaralandığı xәbәrini aldıq...
            Mәn tez özümü ona çatdırmağa çalışdım... Bu, mәnim beş illik ayrılıqdan
            sonra onunla ilk vә son görüşüm oldu... Onu kәnd evlәrindәn birindә bir
            fәrşin üstә uzatmışdılar. Başının altında yastıq vardı. Çuxasını üstünә salmış,
            beşaçılan tüfәngini yanına qoymuşdular. Onun әtrafında halqa vurmuş
            fәdailәrdәn kimisi oturmuş, kimisi әmrә müntәzir durmuşdu... Mәn içәri
            girәn kimi onun üzünә baxdım... Ağarmış halda gözlәrini yummuş vә
            sәssizcә uzanmışdı... Mәn yavaş addımlarla onun başı üstünә gәldim, diz
            çöküb әlini әlimә aldım, alnından öpdüm.
                – Azad, sәnә nә olub?
                O, heyrәt vә tәlaşla gözlәrini açdı... Üzümә baxdı. Bütün siması qәribә
            bir tәbәssümlә işıqlandı. Mehribanlıqla başını dizimin üstә qoyub:
   748   749   750   751   752   753   754   755   756   757   758