Page 754 - antologiya - poeziya_175x250_Layout 1
P. 754

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                        – Bu saat sәni düşünürdüm, – nә yaxşı gәldin. Yoxsa bu dünyadan ürәyi
                    nisgilli gedәcәkdim...
                        – Nә danışırsan. Azad, qardaşım? – dedim, – biz hәlә tәzәcә yaşamağa
                    başlayırıq... Dünyadan getmәk nәdir, bu nә sözdür sәn ağzına gәtirirsәn?..
                    Sәnә nә olub, haradan yaralanmısan?
                        O, әli ilә sağ çiyninin altını göstәrdi... Güllә qabaqdan dәyib daldan
                    çıxmışdı... Ciyәrlәrini dә zәdәlәmişdi. Mәn ona tәskinlik vermәk istәrkәn
                    o, sözümü kәsdi:
                        – Bunlara ehtiyac yoxdur, – dedi, – Mәn ölürәm... Artıq ayaqlarımın
                    soyuduğunu hiss edirәm... Sözümü kәsmә, mәnә yaxşı qulaq as, mәn
                    danışmaq istәyirәm... Yadındadırmı, Fәrda, beş il әvvәl Tәbrizdә, dәrzi
                    dükanında sәn mәndәn nә üçün yaşayırıq, hәyatın mәnası nәdir, deyә
                    soruşdun? Onda mәn sәnә cavab vermәmiş, susmuşdum. Sәn isә mәnim bu
                    cür şeylәri qanmadığımı güman edәrәk acıqlanıb getmişdin, yadındadırmı?..
              178   Lakin o zaman mәn dә sәnin kimi düşünürdüm... Mәn düşünürdüm ki, hәya -
                    tımızın mәnası vәtәnimizin sәadәti üçün çalışmaqdadır... Amma o zaman
                    mәn danışa bilmәmişәm... Çünki danışmaqda da bir mәna yox idi... İndi isә
                    sәnә deyirәm, qardaşım Fәrda, sizә deyirәm qardaşlarım (o, azca boylanıb
                    fәdailәri gözdәn keçirdi), bәli, sizә deyirәm. Bizim hamımızın sәadәti, bax
                    bu alçaq daxmaların azadlığa, bu doğma yurdun, bu ana torpağın istiq -
                    laliyyәtindәdir... Yerә qoymayın o tüfәnglәri ki, onları bu doğma torpaq sizә
                    tapşırmışdır... Bir zaman bu oğlan, mәqsәdsiz, amansız keçәn hәyatı hey -
                    vani hәyat adlandırmışdı... Bu sözlәrdәki böyük mәna hәyatın mәna sıdır...
                    Bәli, heyvan kimi yaşamaq istәmәyәnlәr gәrәk vәtәnlәrinin övladı olsunlar...
                    Mәn ölürәm, Fәrda, amma mәn yaşamaq üçün ölürәm... Ölmәk üçün
                    yaşayanların dövrü qurtardı, bundan sonra zaman bizimdir, yaşamaq üçün
                    ölmәyә hazır olanlarındır!..
                        O, azca dayanıb udqundu, yenidәn ahәstә-ahәstә davam etdi:
                        – Anam, yurdum, doğma Azәrbaycan, mәni bağışla!.. Sәnә az fayda
                    verdim, az yaşadım, tez öldüm! – deyib qalxdı vә fәrşin ucunu qaldıraraq
                    to rpağı öpdü.
                        – Öpünüz, sәcdәyә qapılıb hamınız torpağı öpünüz! Bizim әzәli vә
                    әbәdi beşiyimiz budur...
                        Mәn onu qucaqlayaraq yerindә uzandırdım...
                        – Sakit ol, Azad, özünü üzmә, qardaşım! – dedim. Özüm dә bilmәdәn
                    gözümdәn süzülәn yaş damcıları onun alnına düşdü... O, kirpiklәrini qaldırıb
                    gözümә baxdı vә yenә dә gülümsәdi:
                        – Budur hәyatın mәnası, – dedi. – Dövrәmdә silah yoldaşlarım,
                    başımın üstündә mәslәk qardaşım, yanımda vәtәnin azadlığı üçün
                    qaldırılmış silah... Bu, şәrәfli bir ölümdür, Azad!.. Әziz qardaşlarım, mәnim
   749   750   751   752   753   754   755   756   757   758   759