Page 748 - antologiya - poeziya_175x250_Layout 1
P. 748

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                    Azadın adını çәkir, gah da әyilib üzündәn öpürdü... Mәn yuxuda getdikcә
                    onun uzaqlardan gәlәn sәsini eşidirdim. Qulağıma kәsik-kәsik sözlәr
                    gәlirdi... Tәk balam, yuvamın quşu balam... Yurdumun daşı balam... Azad
                    isә sakit-sakit yuxulayırdı. Böyüyüb ağlım bir şey kәsәndә Azadın Sәlimә
                    xanım üçün doğrudan da hәyatda yeganә ümid olduğunu anladım... Yox,
                    mәn bundan da artıq bir şey anladım. Mәn anla dım ki, bu yazıq arvadın
                    bütün hәyat tellәri Azadın varlığına bağlıdır. Bunu anladıqdan sonra da
                    tәәssüf etmәyә başladım. Azadla Sәlimәnin arzu vә ümid etdiyi bir hәyatı
                    quracaq qabiliyyәt görmürdüm... Qaradinmәz Azad bәdbәxt bir ananın
                    ayağını qapılardan kәsib ona bir tikә çörәk vә bir isti ocaq düzәldә
                    bilәcәkmidir, deyә düşündükdә, fikrimdә “yox” qәrarına gәlirdim... Mәncә,
                    hәyat girdabında Azad әl-qol açacaq qüvvәyә malik deyildi... Ondan yüz
                    dәfә zirәk lәrini vә susuz qoyan әjdahalarını görür vә Sәlimә xanımın ha lı -
              172   na qәlbәn yanırdım. Azadı udacaqdılar... Diri-diri yeyәcәkdilәr... Onun mey-
                    dandan çıxması üçün uzaqlara demi rәm, bircә gün Tәbriz bazarına gedib
                    qolunun üstә iki corab alması kifayәt idi... Mәnim  Azadda tapdığım
                    keyfiyyәt bu idi... Mәn onda bir keyfiyyәt, başqa bir mәna axtar mazdım...
                        İki il o mәnimlә bir yerdә mәktәbә getdi... Orada da heç kәsә qoşulmaz,
                    tәnәffüslәrdә bütün uşaqlar bir-birinә oynaşdığı halda, o bir küncdә durub
                    baxardı. Müәllim ona bir sual verәrsә, qıpqırmızı olardı. Lap yaxşı bildiyi
                    bir şeyi belә söylәyә bilmәzdi. Doqquz yaşı olanda anası onu oxuda
                    bilmәyib mәktәbdәn aldı. Qoşunların kömәyi vә yalvar-yaxarla Tәbrizin
                    Lilәvan mәhәllәsindәki kiçik bir dәrzi şagirdliyinә düzәltdi. İllәr gәlib keçdi,
                    mәn orta mәktәbi qurtardım, o, yerindәn tәrpәnmәdi. Bir daş kimi dәrzi
                    dükanında düşüb qaldı. Onun dәrzi şagirdi olması, tәbiidir ki, bizim
                    әlaqәmizi kәsmәdi. Әksinә, böyüdükcә bizim ünsiyyәtimiz daha da artdı.
                    Hәyat bizi daha da yaxınlaşdırdı. Hәyatın hadisәlәri mәni haldan çıxardığı
                    bir zamanda, o, bu, hadisәlәrә qarşı sakit, laqeyd görünәrdi. Heç bir ehtiyac,
                    heç bir dәrd onun adi halını pozmadı. Bir axşam evimiz şam tap masaydı,
                    mәn deyinmәyә başlardım. O, isә bütün günü ac qal   mış olsa belә bir kәlmә
                    söz danışmazdı... Bununla belә mәn istәr şad vә istәr qәmli zamanlarımda
                    başqa birisi ilә da nışmaq, söhbәt etmәyә ehtiyac duyduğum zamanlarda
                    hәmişә onu axtarıb tapardım. O, mәnim hәr cür sözümә dö zәrdi. Özü dә
                    eyni bir vәziyyәtdә, eyni bir sakitliklә mәnә qu laq asardı... İstәr yaxşı sözlәr
                    danışım, istәr pis, fәrq yox idi.
                        Acıqlı olduğum günlәrdәn birisi yadıma düşür. Kirayә pulunu
                    gecikdirdiyimiz üçün әrbab bizi qovmaqla tәhdid etmişdi. Pul yox idi.
                    Qazanmağa da iş tapılmırdı. Küçәlәri boş-boş gәzib yorulduqdan sonra
                    Azadın yanına getdim.
   743   744   745   746   747   748   749   750   751   752   753