Page 746 - antologiya - poeziya_175x250_Layout 1
P. 746

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû




                                                   Azad

                                әyatın qәribә sirlәri vardır. Mәn hәmişә o ha di sәni xatırlarkәn,
                                hәlә mәnasını dәrk etmәdi yimiz sirlәr hәyatda çox-çoxdur, deyә
                        Hdüşü nü rәm... Mәn sirr deyәrkәn tәbiәtin kәşf olunmamış gizli
                    qüvvәlәrinә işarә etmirәm. Bizim gündәlik, adi hәyatımızda baş verәn
                    yüzlәr vә minlәrlә hadisә bizә çox zaman sadә vә tәbii görünür. Onlarda
                    gizli bir mәna axtarmaq da adamın fikrinә gәlmir. Lakin dәrindәn nәzәr
                    saldıqda biz bu adi vә mәlum hadisәlәrdә nә böyük sirlәr, nә böyük mәnalar
                    tapırıq!
                        Azad mәnim uşaqlıq vә gәnclik yoldaşım idi... Bir hәyәtdә doğulmuş,
                    bir hәyәtdә böyüyüb mәktәbә getmişdik... Gәncliyimizin dә böyük bir qis-
                    mini bir yerdә keçirmişdik. Uşaqlıqda bir-birimizlә yaxşı oynadığımız za-
              170
                    manlar da olmuşdu. Lakin belә hallar çox tez unudulmuşdu. Çünki biz bir
                    evin uşağı kimi tәrbiyә almış vә bir-birimizә doğma qardaşdan artıq
                    ünsiyyәt bağlamışdıq... İkimiz dә tәqribәn eyni şәraitdә yaşadığımız üçün
                    bir-birimizin xasiyyәtini çox gözәl bilirdik. Onun sakit vә lal-dinmәzliyi
                    mәnim nәzәrimdә tәbii bir şeydi... Mәn bunda heç bir pis mәna görmәzdim.
                    Lakin böyüdükcә onun bir xasiyyәti mәnim acığıma gәlmәyә başlayırdı.
                    Hәrdәnbir qızışanda:
                        – Azad, bir hәrәkәtә gәl, de, danış, gül, ağla, – deyә ya xa s  ından tutur-
                    dum. – Ölü kimi oturub gözlәrini yumursan... Söz danışan da bilmir ki,
                    yoxsa xoşuna... Dediyindәn razısan, ya narazı... Dirisәnsә bir diriliyini
                    bildir, ay rәhmәtlik oğlu!
                        Mәnim bu cür mәzәmmәtim dә ona tәsir etmәzdi. Kirpiklәrini qaldırıb
                    qaşlarının altından mәnә baxar, yenә dә gözlәrini yuma, ya da mәchul bir
                    nöqtәyә dikib durardı.
                        Çox qәribәdir ki, bu xasiyyәt onda lap uşaqlıqdan qalma bir xasiyyәt
                    idi. Mәnә elә gәlәrdi ki, Azad ana bәtnindәn lüt-әtcә bu soyuq dünyaya (o,
                    qışda doğulmuşdu) qәdәm qoyduğu zaman belә sәsini çıxarmamışdır. Bütün
                    doğulanlar bir sәs çıxardıqları halda o elә belәcә lal dinmәz dünyaya
                    gәlmişdir... Qışın soyuğu da onu dillәndirә bilmәmişdir... Hәtta bir dәfә
                    yarızarafat, yarıgerçәk anası Sәlimә xanımdan, doğulanda onun ağlayıb-
                    ağlamadığını soruşmuşdum...  Arvad gülümsәyәrәk әli ilә onun başını
                    sığallamış vә cavab vermәmişdi.
                        Yoldaşlar arasında çox vaxt onu adı ilә çağırmazdılar. Sükuti deyib
                    durardılar... Hәtta sonradan tanış olanlar adanın Azad olduğunu da bilmәz -
                    dilәr. Sükuti gәldi, Sükuti getdi deyәrdilәr. Bu tәsadüfi sözü dә sonralar o
                    özü üçün sicilli seçmişdi: Azad Sükuti!..
   741   742   743   744   745   746   747   748   749   750   751