Page 741 - antologiya - poeziya_175x250_Layout 1
P. 741

Mehdi Höseyn


                Bu anda Pirvәlinin üzünә baxmaq vә heç olmasa bircә dәqiqә ondan
            göz çәkmәmәk hәr oğulun hünәri deyildi. Onun sir-sifәti, iynәdәn dә bәrk
            sancan gözlәri od tutub yanırdı, hәtta iri әllәri dә xәfif titrәyirdi, mәnә elә
            gәlirdi ki, o ordenlә tәltif olunmamağından vә şәrәfli ada layiq görül mә -
            mәyindәn daha artıq Heybәtin axırıncı sözlәrindәn incimişdi. Yox, onun
            şöhrәtpәrәstliyi haqqında deyilәn sözlәr, әdalәtdәn çox-çox uzaq idi vә mәn
            açıq-aydın hiss elәyirdim ki, usta Pirvәlini bu dәqiqә haqsız ittihamdan
            qorumasaydım, mәn özüm dә әdalәtsiz iş görmüş olacaqdım.
                – Yox, ay usta, – deyә mәn söhbәtә qarışdım vә әlimi Heybәtin çiyninә
            qoydum. Siz haqsızsınız. Tamamilә haqsızsınız. Dünәn usta Pirvәli gözәl
            bir söz dedi: “Mәn qarnım üçün yox, qәdrim üçünәm”. Mәn inanıram ki,
            bu doğrudan da belәdir.
                Görünür, mәnim bu cür müdafiәm dә usta Pirvәlini razı salmadı. O,
            sönmüş papirosunu qabağındakı külqabına basıb, nә isә birdәn kövrәlәrәk,
            daha doğrusu, qәhәrlәnәrәk dedi:                                       165
                – Yox, oğul, mәn qәdrim üçün deyilәm. Onu deyirәm ki, mәndәn cavan
            fәhlә yoldaşlarım var, şagirdlәrim var. Onlar mәnә baxanda, işdәn soyuya
            bilәrlәr, belә fikir elәyәrlәr ki, bütün ömrünü camaat yolunda qurban verәn
            bu kaftarın qәdrini nә bildilәr ki, bizim dә yaxşı işimizә nә qiymәt qoysun-
            lar. İndi başa düşdün, bu qoca vaxtımda mәn niyә xәriflәmişәm?.. – Usta
            Pirvәli armudu stәkanlara çay tökdü. – Әşi, bu qan qaraldan söhbәtlәri
            buraxın, getsin...
                Uzun vә yorucu sükut zamanı aşağıdan dәniz lәpәlәrinin şırıltısı
            eşidildi.
                – Doğrudan da xәriflәmişәm, – deyә usta Pirvәli yenә әyildi vә
            çantasından qәnd qutusunu çıxardıb ortaya qoydu. – Buyurun, için. Hava
            soy uqdur, canınız qızsın...
                Usta Heybәt mәyus-mәyus dillәndi:
                – Mәn bura sәnnәn dalaşmağa gәlmәmişdim. Yarış müqavilәsi bağ -
            lamaq istәyirdim.
                Pirvәli stәkanını ovcunun arasına aldı, ağzına yaxınlaşdırdı:
                – Yox, bağlamayacağam, – deyib, bir qurtum çay içdi. Mәn tәәccüblә
            soruşdum:
                – Niyә ki, usta?
                – Çünki mәn ondan çox irәlidәyәm. Mәn – yәni briqadam. Müqavilә
            bağlamaq üçün elә bir tayımız da yoxdur. Ancaq biz yarışmağına yarışırıq.
                – Gәl indi bu tapmacanı tap... – deyә Heybәt, yәqin ki, qeyri-ixtiyari
            stә kanı özündәn araladı.
                – Sәn buna tapmaca deyirsәn, ancaq mәn demirәm.
   736   737   738   739   740   741   742   743   744   745   746