Page 740 - antologiya - poeziya_175x250_Layout 1
P. 740

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                    hörmәt üçün güclә özünü saxlayıb, barmaqlarını stola döyә-döyә yumru vә
                    qabarıq gözlәrini rәqibinә zillәyәrәk, tez-tez hülqumunu qıldırıb-salırdı.
                    Usta Pirvәli isә qәrarından keçmәyib, papirosunu bir dә sümürdü:
                        – Bilirsәn niyә mәndәn sәs çıxmır? Ürәyimdәn deyil, ona görә!..
                        – Paxıllıq elәyirsәn? Demәli belә? Yaman tәrs başlamısan!
                        – Tәrs niyә? Bu saat lap düzünәqulu deyim, sәn dә eşit...
                        – Eşidirәm.
                        – Davanın vurhavur vaxtında dәnizdәki buruğun güclü fontan vurdu,
                    on gün keçmәmiş “Qızıl Bayraq” ordeni aldın. Düzdür?
                        – Düzdür.
                        – Mәnim dә buruğum bütün Bakıya sәs saldı-salmadı? Bәs mәn nә
                    aldım? Heç nә. Düzdür?
                        Heybәtin gözlәri aşağı dikildi. O, cavab vermәyә söz tapmadı, әlini
                    çәkib dizinin üstünә qoydu.
              164
                        – Hә, niyә dinmirsәn?
                        – Yaxşı, düzdür... Orden vermәdilәr. Kalan mükafat aldın. Әsginas!..
                        – Mәn pul gözlәmirdim. Qara günü üçün ehtiyat görәn köpәk
                    oğlanlarından zәhlәm gedir. Nә qәdәr mәnim hökumәtim var, mәn kefin
                    istәyәn qәdәr qazanacağam. Mәn dә orden gözlәyirdim. Başa düşdün, ya
                    yox?
                        Pirvәli dirsәklәrini stola söykәdi vә stol әlinin çeçәlә barmağını qatladı:
                        – Demәli bu bir... Ondan bәri dörd quyu sәn qazmısan, hamısının
                    dәrinliyi üst-üstә doqquz min metrdir, mәn dә dördünü qazmışam, dәrinliyi
                    on iki min metrdir. Bunlardan birini hematitsiz qazımışam. Düzdür?
                        – Düzdür, – deyә Heybәt dodağının ucu ilә tәsdiqlәdi.
                        – Eşitmәdim, bir az ucadan de!
                        – Canım-gözüm, düzdür! Mәn bunu danmıram ki?
                        – Sәni Sosialist Әmәyi Qәhrәmanı elәdilәr. Döşünә “Lenin” ordeni,
                    üstәlik dә “Qızıl ulduz” taxacaqlar. Mәnim adımı it dәftәrinә salmadılar.
                    Düzdür? – Usta Pirvәli o biri barmağını qatladı: – Bax, bu da iki... Düzdür,
                    düz deyil?
                        Usta Heybәt müsahibinin doğru ittihamlarına dözә bilmәyib, nәhayәt,
                    bozardı.
                        – Әşi, bu adı mәn verirәm? Nә düşmüsәn mәnim üstümә?
                        – Sәn vermirsәn, doğrudur. Amma de görüm harda, kimin yanında
                    demisәn ki, haqsız iş görürsünüz? Demәmisәn ki?.. Yox, demәmisәn! Yaxşı,
                    bundan sonra sәnin kişiliyinә inanmağa mәnim nә haqqım var?
                        – Bura bax, Pirvәli, mәn indiyәnәtәn sәni tanımamışam. Nә yaman
                    şöhrәtpәrәstsәnmış, buynuzun içindәymiş... – deyә Heybәt nazik dodaqlarını
                    bir-birinә bәrk qısaraq başını buladı.
   735   736   737   738   739   740   741   742   743   744   745