Page 747 - antologiya - poeziya_175x250_Layout 1
P. 747

Mirzÿ Èárahimov


                Bәzәn mәnә elә gәlәrdi ki, onun üzündәki bulud, keçirdiyi ağır gün -
            lәrin qubarıdır. Axı o, dünyaya gәldiyi zamandan xoş bir gün gör mәmişdi...
            Aclıq, ehtiyac, soyuq otaq, torpaq döşәmәyә salınmış yırtıq hәsir – gözünü
            açdığı gündәn gördüyü bu idi. Azad doğulmamışdan iki ay әvvәl atası
            ölmüşdü... Anası Sәlimә xanım evdә tәk qal mışdı... Çünki o da yetim idi,
            әri dә... Tәbrizlilәr demişkәn ikisi dә lat-lütün biri idi. Kişinin ölümündәn
            sonra arvad qapılara düşüb iş axtarmağa mәcbur olmuşdu. Birinin ev-eşiyini
            tәmizlәr, birinin paltarını yuyar, birinә yun çırpardı... Azadı da elә şәhәrin
            әrbablarından birinin evindә yun çırpan yerdә doğmuşdu... Uşaq olandan
            sonra o bir hәftә belә yorğan-döşәkdә rahat yata bilmәmişdi. Acından
            ölmәmәk üçün dördgünlük uşağı bәlәyә büküb yenә qapılara düşmüşdü. Bu
            qayda ilә bir qarın ac, bir qarın tox o, Azadı böyütmüşdü... Dünyada yeganә
            ümidi vә hәyatının mәqsәdi o idi... Ondan әziz, ondan mehriban bir şeyi
            yox idi. Sәlimә xanım Azadı yalnız bir oğul kimi yox, hәm dә dünyada bir  171
            pәnah, bir qohum, bir ata, bir qardaş kimi istәyirdi. Azada baxdıqca, bütün
            bu nakam hisslәr onun ürәyindә baş qaldırırdı.
                Yaxşıca yadımdadır... Bizim beş-altı yaşımız olanda hәr axşam Sәlimә
            xanım yatmamışdan qabaq bizә nağıl danışardı... Onun nağıllarına qulaq
            asa-asa bizi yuxu aparardı... Sabah nağılın mabәdini soruşardıq... O yenә
            başlayardı... Yenә bizi yuxu aparardı. Hәr axşam o mәni qucağına alıb
            divarın o üzündәki anama verәrdi. Onun nağılları hәrdәn bir xәyal kimi
            yadıma düşür.  Ayırd edә bilmirәm. Bir nağıldakı hadisәni o birilә
            qarışdırıram... Amma yenә dә xatirә mәnә çox görünür... Ara-sıra Sәlimә
            xanım nağılı kәsәr, bizә layla deyә-deyә hәzindәn oxuyardı... Aman, dos-
            tum... Bu sәs bizә nә qәdәr mehriban görünәrdi!.. Onun nәvazişkar, munis
            vә ahәnglә dolu mahnıları indi dә harada isә qәlbimin dәrinlәrindә
            sәslәnmәkdәdir... İndiyә qәdәr heç bir musiqi, heç bir mahnı onlar qәdәr
            ruhumu oxşamamışdır. Mәnә elә gәlir ki, o xәyalat dünyasında aldığım bir
            lәzzәt imiş ki, tәkrarı heç bir zaman mümkün olmayacaqdır...
                Bәzәn dә o, nağıl yerinә bizә anlaşılmaz görünәn sözlәr söylәyirdi.
            Mәn onun gah şikayәtlәndiyini, qarğışlar yağdırdığını, gah da kimә isә
            yalvardığını eşidәrdim... Lakin o, bütün bunları oxuya-oxuya, mahnı l a r
              içindә әridә-әridә axar çay şırıltısını andıran bir musiqi yaradardı...
            Xәyalımızı onun sözlәri yox, hara isә uzanıb gedәn hәzin vә ahәngdar sәsi
            çәkib aparardı... Biz nә zaman yuxuya getdiyimizi bilmәzdik. Bir dәfә adi
            payız axşamlarından birindә o bizim başımızı diziüstә alaraq yenә hәzin-
            hәzin oxuyur, söylәnir, mahnılar deyirdi... Yarpağı tökülmüş ağaclardan,
            qәribә vә yuvasız quşlardan, arxlara dolmuş xәzәllәrdәn danışır, tez-tez
   742   743   744   745   746   747   748   749   750   751   752