Page 9 - "7 pyes"
P. 9
BİZİ TANIDAN DRAMATURQ

adlanır. Bu pyesdə tale, qəzavü-qədər an k yunan
dramaturgiyasında, o cümlədən bizim böyük Mirzə Fətəli
Axundzadənin əsərlərində olduğu kimi ön plana çıxır.
Bu pyesdə, demək olar, heç kimin bəx gə rmir, özü də
qəzavü-qədər səbəbindən. Esterin atası qoca Folk maşın
al na düşür, Deyvidin xeyirxahı Den Dibbl bütün var-
dövlə ndən olur, Qus, Cey Bi və Şorinin şəxsi həya ,
qəhrəmanın qardaşı Eymosun isə karyerası alınmır. Bəli,
Deyvidin atası Pet ilə Bell xalanı da bəx gə rməyənlər
sırasına qatmaq olar. Yalnız Deyvid Bivz qarşımızda
bəxtəvərlik mücəssəməsi kimidir: onun əli nəyə dəyirsə,
sözün hər mənasında qızıla çevrilir.

İlk baxışdan elə görünə bilər ki, adama bundan ar q
nə lazımdır? Amma Deyvidə “lənətə gəlmiş bir sual”
əzab verir. Niyə axı bəxt həmişə məhz onun üzünə
gülür? Bəlkə, bir gün bu bəx n üzü gülməkdən doydu?
Onda necə, hər şey məhv olacaq? Stanislavski demişkən,
“əgər tüfəng divardan asılıbsa, gec-tez açılmalıdır” axı.

Deyvidə elə gəlir ki, onun arvadı ölü uşaq doğacaq,
onun samurlarının hamısı gəbərəcək və o, müflis olacaq.
Qisas anı nə vaxtsa baş verməlidir! Amma hər şey yaxşı
– pik amerikan heppi-end-iylə yekunlaşır ki, əslində,
elə belə də olmalıydı. Çünki Deyvid Bivz, həqiqətən də,
yaxşı adamdır və o, layiq olduğunu alır.

Millerin bir tragik kimi yaradıcılığını təhlil etmək
üçün onun bu kitabda təqdim olunmuş “Qiymət” pyesi
xüsusi imkanlar açır. Bu pyes gerçəklər və illüziyalar,
həqiqət və yalan, insanın bu dünyada yaşayışının hansı
məqsəd daşıması və bir də ən əsası – doğmalar arasında
əlaqələrin itməsi haqqındadır.

Hadisələr bir neçə il əvvəl Frans qardaşlarının
atalarının öldüyü köhnə evdə vaqe olur. Balaca qardaşın,
polis Viktorun qənaə ncə, atanın axırına yoxsulluq çıxıb.
Gəncliyində Viktor, ataya qulluq etməklə öz gələcəyini
ona qurban verib. O, çox qabiliyyətli bir gənc olsa da,

9
   4   5   6   7   8   9   10   11   12   13   14