Page 13 - "7 pyes"
P. 13
BİZİ TANIDAN DRAMATURQ

Bu pyesin qəhrəmanları da adi insanlardır. Amma
bu dəfə hadisələr müasir dövrdə cərəyan edir; hadisələrin
mərkəzində İtaliyadan Amerikaya pul qazanmaq məqsədilə
gəlmiş ucuz işçi qüvvəsinin – mühacirlərin həya nın
təsviri dayanır. Miller pyesində bu insanların taleyinə
işıq tutur.

Limanda yükvuran işləyən Eddi Karbonenin uşaqlıqdan
öz qızı kimi saxlayıb böyütdüyü Ketrin on yeddi yaşında
gözəllər gözəlinə çevrilib. Eddi öz vicdanına hesabat
vermədən bu qıza vurulub. Amma Ketrin bir az pul
qazanmaq məqsədilə qardaşı Markoyla Amerikaya gəlmiş
gənc italiyalı Rodolfoya ərə gedir. Bu zaman Eddi qısqanclıq
zəminində satqınlığa əl a r. O, bu iki italiyalının yerini
immiqrasiya idarəsinə nişan verir. Və vicdanı, qeyrə ,
insani dəyərləri hər şeydən üstün tutan Marko sonda
Eddini qətlə ye rir.

Eddinin bütün keçmiş dostları da, ömrü boyu bir
yerdə işlədiyi insanlar da Markonun tərəfini tutur. Onlar
Eddinin bu hərəkə nə heç cür bəraət qazandıra
bilməyərək ondan üz döndərirlər. “Körpüdən görüntü”yə
maksimal gərginlik gə rmək, təsvir olunan hadisələri
ümumiləşdirmək, onlara, haradasa, zamansızlıq ovqa
vermək üçün Miller bu pyesi antraktsız, birpərdəli eləyib.
Bununla o, istəyib ki, tamaşaçıları qəhrəmanlarını,
xüsusən Eddini bürümüş “eh rasların” izaholunmazlığına
inandıra bilsin. Bütün pyes vəkil Alferinin dilindən nəql
olunur. Hadisələrin gedişinə ara verərkən Alferi bu
tarixçəni şərh edərək tamaşaçıların diqqə ni qəhrəman-
ların yaşadıqları daxili psixoloji münaqişələrə yönəldir.
Pyesin prozaik mətni tez-tez ağ şeirlə əvəzlənir.

Biz bu kitabda azərbaycanlı oxuculara pyesin vax lə
ABŞ-da və Avropada böyük təzyiqlərlə üzləşmiş ilk
varian nı təqdim edirik.. Tənqidçilər və ic maiyyət bu
pyesdə qoyulan kəskin sosial problemləri müəllifə
bağışlamaq istəmirdilər. Odur ki, Miller istər-istəməz
pyesi dəyişdirmək məcburiyyə ndə qalır.

13
   8   9   10   11   12   13   14   15   16   17   18