Page 11 - "7 pyes"
P. 11
BİZİ TANIDAN DRAMATURQ

Tanrı özü də gülüş obyek nə çevrilir; məsələn, Tanrı
bəyan edir ki, o, əvvəlcə hansısa bir işi görür və yalnız
bundan sonra nə etdiyi barədə düşünür. İnsanın yaranışına
gəlincə, bu, olsa-olsa, onun eksperimen dir. O, əvvəlcə
şimpanzeni yaratdı və gördü ki, gildən bir az qalıb. Odur
ki, insanı da... yaratmaq lazım gəldi.

Amma pyesin sonunda janr, hər halda, dəyişir. Bib-
liyaya görə, qətl törədilməlidir və deməli, qəhrəmanın
ölümüylə səhnədə janr dəyişərək, faciə ilə əvəzlənməlidir.
Beləliklə, Qabilin Habili öldürməsindən sonra son al
səhifədə müəllif kinayəsi yox olur. Tanrı ilə Lüsifer
arasında intellektual mübarizə davam etsə də, pyesin
tonu dəyişir. Çox güman ki, Miller bununla belə demək
istəyir: ali qüvvələr bir-biriylə o qədər məşğuldurlar ki,
başları bir-birinə o qədər qarışıb ki, insanı düşünmək
hayında deyillər. İnsan isə onları mərhəmətə çağırır
(Adəmin son replikası). Və aydın olur ki, fars, nə cədə
tragediya ilə əvəz edildi. Yeri gəlmişkən, dünya
dramaturgiyasında farsın tragediyaya keçidi çox nadir
hallarda təzahür edir.

“Ağır sınaq” pyesində isə Miller “Kommivoyajörün
ölümü”ndə başladığı mövzunu davam etdirərək daha
da dərinləşdirir. Yəni əgər bu gün müasir Amerikanı
cəngəllik qanunları idarə edirsə, bunun kökünü harada
axtarmaq lazımdır? Və bu məqamda dramaturq keçmişə
nəzər salır.

Miller ABŞ tarixini araşdırarkən, 1692-ci ildə Seylem
şəhərində baş vermiş çox məşhur faciəvi tarixçəyə is nad
edir. Bu faciə Amerika qitəsində ilk məskən salanların
həya nda baş verir. Qeyd edək ki, bu pyes dünyanın
müxtəlif teatrlarında ayrı-ayrı adlarla səhnələşdirilib:
“Seylem məhkəməsi”, “Əcinnə ovu”, “Seylem cadugərləri”.
“Ağır sınaq” dramının mərkəzində Con və Elizabet
Proktorların taleləri dayanır. Bir vaxtlar Con Proktorun
məşuqəsi və evinin qulluqçusu olmuş hiyləgər, yalançı

11
   6   7   8   9   10   11   12   13   14   15   16