Page 10 - "7 pyes"
P. 10
imkansızlıq ucba ndan təhsilini davam etdirə bilməyib.
Viktor evdəki əşyalara qiymət qoymaq üçün ən q
mağazasının qiymətləndiricisi Solomon Qreqorini evə
dəvət edib. Böyük qardaş həkim Uolter də bura gəlir.
Elə “çək-çevir” də onda başlayır. Uolter və Viktor öz
həyatlarını “tərəziyə qoyub çəkərək” hansının daha ağır
gəldiyi, hansı “qiymətə” olduğu sualına bir-bir cavab
istəyirlər. Əsərin kompozisiyasını da elə bu müəyyənləşdirir.
Mebelin qiymə ilə insan əməllərinin qiymə paralel
üzə çıxır. Bu həyat yürüşündə kim birinci olubsa, onun
qiymə də çoxdur. Deyəsən, finişə birinci Uolter ça b,
bu yürüşün qalibi də məhz odur. Amma bu qələbə nəyin
bahasına başa gəlib? Onun psixikası pozulduğundan
xəstəxanaya düşüb, ailəsi dağılıb.

Bəs Viktor, “oyundankənar” mərhəmət mücəssəməsi
olan bu insan necə, xoşbəxtdirmi? Onun taleyi də
zədəlidir. Belə ki, təhsil ala bilmədiyindən o, bütün ömrü
boyu istəmədiyi işlə məşğuldur, adam kimi yaşamaq
istəyən arvadının üzünə baxa bilmir.

Frans qardaşları bundan sonra çə n bir-birini anlayalar:
aradan çox sular axıb...

Bu psixoloji dramdan dörd il sonra – 1972-ci ildə
Artur Miller bir qədər fərqli – “Dünyanın yaranışı və
başqa-başqa işlər” pyesini yazır. Müəllif özü bu pyesin
janrını müəyyənləşdirməsə də, ənənəvi Miller mövzusu
– seçim, günah və məsuliyyət hissi – əsərdə öz əksini
tapır.

Pyesdə doqquz iş rakçı var: Tanrı, Lüsifer, Adəm,
Həvva, üç mələk – təbib Rafail, ölüm mələyi Əzrail,
mərhəmət mələyi Hemuil, Qabil və Habil. Pyes başlayan
kimi aydın olur ki, Miller öz diliylə (daha doğrusu,
qəhrəmanlarının diliylə) Əhdi-ə qin ilk dörd fəslini
təqdim edir. Yeri gəlmişkən, müəllifin bu müqəddəs
yazıya olan istehzalı münasibə dərhal üzə çıxır. “Dünyanın
yaranışı”nda nəinki Lüsifer, ilk bəndələr, mələklər, hə a

10
   5   6   7   8   9   10   11   12   13   14   15