Page 5 - "7 pyes"
P. 5
BİZİ BİZƏ TANIDAN DRAMATURQ

1947-ci ildə “Hamısı mənim oğlum idi” pyesi səhnəyə
qoyulandan dərhal sonra, dünənəcən heç kimin tanımadığı
jurnalist və yazıçı Artur Miller, nəinki vətəni ABŞ-da,
hə a bütün dünyada populyarlaşdı, qeyri-adi,
özünəməxsus baxışlı dramaturq kimi şöhrət qazandı.
Bəs onu digər dramaturqlardan fərqləndirən nə idi?
Seçilmiş pyeslərindən ibarət külliyya na yazdığı ön
sözündə teatr və müasir dramaturgiya ilə bağlı fikirlərini
açıqlayarkən Artur Miller, həm də müəyyən mənada bu
sualın cavabını verir: “Dramaturq elə yazmalıdır ki,
tamaşaçı onun pyeslərini sənət əsəri kimi yox, həya n
özü kimi qəbul etsin. Dramaturq gərək hələ “havada
gəzən” və gerçəkdə öz əksini tapmayan, hamının mənəvi
sərvə nə çevrilməyən ideyaları tutub kütləyə yaya bilsin.

...Mənim pyeslərim məhz “havada gəzən” ideyaların
əksidir. Bu pyeslərlə oxuculara, onların özlərinin
anlamadıqları və ya anlamaq istəmədikləri həqiqətləri
göstərmək istəmişəm”.

Miller dramaturgiyasının bütün Qərb aləmini bürüyən
böyük şöhrə bir daha sübut edir ki, müəllif öz pyeslərində,
həqiqətən də, “havada gəzən” ideyalara ustalıqla
toxunmağı bacarıb.

Bunlar nə ideyalar idi?
Əvvəlcə, müəllifin ilk olaraq səhnələşdirilən “Hamısı
mənim oğlum idi” pyesinə diqqət edək. Bu pyesdə
hadisələr müharibə vax cəbhəyə silindr başlıqları
göndərən xırda, əyalət fabrikan nın ailəsində cərəyan
edir. Bu ailənin bütün üzvlərinin taleyi də, sanki
müharibənin içindədir. Hər iki oğul Amerika ordusunun

5
   1   2   3   4   5   6   7   8   9   10