Page 7 - "7 pyes"
P. 7
BİZİ TANIDAN DRAMATURQ

Villi bütün həya boyu bu qənaətlə yaşayır ki,
“cəmiyyətdə üzdə olmaq üçün əsas şərt zahiri görkəm,
şəxsi cazibədarlıqdır”. Amma zaman keçdikcə Villi daha
aydın dərk edir ki, onun fəlsəfəsi gerçəkliklə uzlaşmır.

Pyesdə onun qardaşı, uğurlu iş adamı Ben Lomenin
fəlsəfəsi Villinin fəlsəfəsinə qarşı qoyulub. Müəllifin
təqdima nda Ben bütün həya nı “cəngəllik qanunlarıyla”
yaşayıb. “Almaz yiyəsi olmaq üçün gərək cəngəlliyə
girəsən”, – Benin qardaşına məsləhə belə olub. Amma
Villi bununla razılaşmaq istəmir və yalnız pyesin sonunda
başa düşür ki, onun həyat fəlsəfəsi düzgün deyilmiş,
Ben haqlı imiş: “...İndi hər şey quru hesablamayla
müəyyənləşir... şəxsiyyət heç bir rol oynamır”.

Beləliklə, “Kommivoyajörün ölümü” pyesində ideya
münaqişəsi iki yol, iki həyat fəlsəfəsi – Villi və Benin
fəlsəfəsi üzərində qurulur.

Artur Miller yazırdı ki, Villi Lomenin tarixçəsini o,
özündən uydurmayıb, həyatdan götürüb. Belə insanlar
bugünkü Amerikada kifayət qədərdir. Yəqin, elə bu
səbəbdən də pyes səhnəyə qoyulandan sonra Amerikanın
müxtəlif yerlərindən olan insanlar müəllifin yanına
gələrək ona Villiylə eyni həya yaşadıqlarını deyirmiş.

Bəs Amerika dramaturgiyasının əfsanəsi olan Artur
Miller özü hansı həya yaşayıb?

0, 1915-ci ildə Nyu-Yorkda sahibkar ailəsində dünyaya
gəlib. Millerin valideynləri – anası Avqusta və atası İsidor
çox övladcanlı olublar. Nyu-Yorkun yerli sakini Avqusta
oğlanları Kermit və Arturun təlim-tərbiyəsi ilə ciddi məşğul
olur, müntəzəm şəkildə sinaqoqa gedir, müqəddəs ailə
ocağını qoruyurdu. Polşa mühacirlərinin törəməsi olan
həyat yoldaşı İsidor da ona sədaqətli ər, övladlarına əsl
ata idi. Amma böyük böhran İsidorun biznesinə də güclü
zərbə vurdu. Bununla belə, ailə hər şeyə tab gə rə bildi.

Artur 1940-cı ildə Meri Qrey Sle eri ilə nikah bağladı.
Ər-arvad 15 ildən ar q birlikdə yaşadı, 2 övlad böyütdü,

7
   2   3   4   5   6   7   8   9   10   11   12