Page 145 - "Yeni söz"
P. 145
də, bir də olmayacaq, Günel Şamilqızı. Şeirlər
Yeni əvəzlik kəşf etmək.
“Mən”dən, “onlar”dan qurtulub
“Siz”i biryolluq ləğv etmək.

Bir də mənim adım yoxdu
Ad qoyanım lalmış, ağa.
Bir də burdan adsız keçir
Bütün cığırlar günaha.

Bir də bu yay ərimədi
Ötən qışın töhfə qarı.
Bir də məndən soruşmayın
Bu yol gedir kimə sarı?

İkona

Bütün obalarda qaraçılar var,
Ən köhnə daxmalar bənzəyir rusa,
Mənəsə komalar doğmadı hələ
Bir də evlər – əgər mənim də olsa.

Səni öz evindən mən qovdum o vaxt,
Qayıt, qoy uçulsun bu hasar suçum.
Söküb kandarını köhnə daxmanın
Sənə qapı boyda pəncərə açım.

Bu koma, bu daxma ev ömrü görüb
O vaxt özül bilib quyu qazardım.
Səni uduzmağa mən çağırmışdım,
Uduzub özünü, məni qazandın.

145
   140   141   142   143   144   145   146   147   148   149   150