Page 144 - "Yeni söz"
P. 144
nc yazarların ədəbiyyat almanaxı
Şəmsə
Söndü şəmim, Şəms
Sən də bilmədin heç.
Günəş çıxanacan
Gec oldu, çox gec.
Öpmədin alnımdan
Üzün məndən döndü.
Söndü şəmim, Şəms,
Yana-yana söndü.
Meh vurmadı, deyəm
verdim yelə söndü.
Söndü şəmim, Şəms,
Bilə-bilə söndü.
Nə bir həyan oldun,
Nə özün isindin.
Mənim şəmim səndin
Söndü şəmim, Şəms.
Adsız
Dünən cibim cırılmışdı,
Bu gün ayağım burxuldu.
Onlar adımı səhv dedi,
Onlar gözümdən yıxıldı.
Bir də nələrsə də oldu,
Yadımdan çıxardım getdi.
Xalıma ürək düşmüşdü,
Qaraldı, qopartdım getdi.
144
Şəmsə
Söndü şəmim, Şəms
Sən də bilmədin heç.
Günəş çıxanacan
Gec oldu, çox gec.
Öpmədin alnımdan
Üzün məndən döndü.
Söndü şəmim, Şəms,
Yana-yana söndü.
Meh vurmadı, deyəm
verdim yelə söndü.
Söndü şəmim, Şəms,
Bilə-bilə söndü.
Nə bir həyan oldun,
Nə özün isindin.
Mənim şəmim səndin
Söndü şəmim, Şəms.
Adsız
Dünən cibim cırılmışdı,
Bu gün ayağım burxuldu.
Onlar adımı səhv dedi,
Onlar gözümdən yıxıldı.
Bir də nələrsə də oldu,
Yadımdan çıxardım getdi.
Xalıma ürək düşmüşdü,
Qaraldı, qopartdım getdi.
144