Page 141 - "Yeni söz"
P. 141
tən borcu, övlad borcu… və… və… Günay Ümid. Şeirlər
Sonra cibimizdəki bank siçanları
Bütün sevincimizi gəmirdi…

Bizə hərəkət etməyi, yeriməyi
Borclarımız öyrətdi.
Bizə danışmağı dərd öyrətdi, dost…

Niyə oturmusan sönmüş sobanın dizi altında?
Qaldır başını, dostum,
Sən üşüyən adam deyilsən.
Hələ çöldə Novruz tonqalı yanır,
Ümidlərimizə bayram arzuları geydirmişik,
Qismətimizin qapısına hələ papaq atacağıq,
Hələ xəyallarımız bayram sovqatı gətirəcək bizə…
Gileylənmə ki, pulun işığı azaldıqca
işıqpulu qaranlıqda qoyacaq bizi.
Eybi yox, biz romantik insanlarıq, dost.
Kasıblıq daha romantik görünür şam işığında
Qaldır başını, dostum,
Artıq nahar vaxtıdı,
Gəl oturaq, iki qismət söz yeyək.

141
   136   137   138   139   140   141   142   143   144   145   146