Page 138 - "Yeni söz"
P. 138
nc yazarların ədəbiyyat almanaxı

Kötüyündə odun doğranan
tut agacı da…
Onda hələ heç nə kəsmirdi ağlım…
dəcəl olmağım
xatirəyə dönməmişdi
alnımdakı çapıqda…

Qafiyə xətası və...

Əllərim…
Rəngsiz…
Qafiyəsiz xatırlayırdı
Ovuclarımın alın yazısını…

Gözdən itənəcən
baxmışdı arxanca əllərim.
Kövrəlmişdi yay yağışının
torpaq qoxulu gedişinə…
Pəncərədə nəfəsimin üstünə
darıxmağın rəsmini çəkmişdi –
cırmaq-cırmaq…
Yumruq olmağı öyrənmişdi –
barmaq-barmaq…

Sığal olmuşdu
təqvimlərin rəqəm yaddaşına…
Savab olmuşdu günahlarıma,
çətir olmuşdu göz yaşlarıma,
qılınc olmuşdu hisslərimə,

138
   133   134   135   136   137   138   139   140   141   142   143