Page 137 - "Yeni söz"
P. 137
a Günay Ümid. Şeirlər
Onda…
hələ heç nə kəsmirdi ağlım...
Kiçik evciklərimiz vardı;
ürəyimiz boyda ucsuz-bucaqsız…
uşaqlıgımın tavanı alın yazım idi,
doşəməsi həsir.
Qollarını yelləncəklə bağladıgımız
tut agacının kölgəsində
sac qutabı bişirərdi nənəm…
Babamı gəzdirən əlağacını
onda babam gəzdirərdi…
nənəm qoxuyardı təndir çörəkləri…
Onda belə rəngsiz deyildi
Həyatımdakı fon…
Onda belə bərkdən susmamışdı
qarajdakı qrammofon…
Şəhər uşaqlarıydıq…
Onda günəşə bərabər gülümsəyirdik,
dərisini günəş qaraltmış,
qır çeynəyən kənd uşaqlarıyla…
Novruz axşamlarında
şamların isığı yetərdi
sevincimin gözünü qamaşdırmağa.
Onda ölüm qoxumamışdı babamın nəfəsi,
onda sınmamışdı uşaqlığımın səsi.
Onda kürt yatmamışdı toyuq
Nənəmin saçında.
Onda kəsilməmişdi
137
Onda…
hələ heç nə kəsmirdi ağlım...
Kiçik evciklərimiz vardı;
ürəyimiz boyda ucsuz-bucaqsız…
uşaqlıgımın tavanı alın yazım idi,
doşəməsi həsir.
Qollarını yelləncəklə bağladıgımız
tut agacının kölgəsində
sac qutabı bişirərdi nənəm…
Babamı gəzdirən əlağacını
onda babam gəzdirərdi…
nənəm qoxuyardı təndir çörəkləri…
Onda belə rəngsiz deyildi
Həyatımdakı fon…
Onda belə bərkdən susmamışdı
qarajdakı qrammofon…
Şəhər uşaqlarıydıq…
Onda günəşə bərabər gülümsəyirdik,
dərisini günəş qaraltmış,
qır çeynəyən kənd uşaqlarıyla…
Novruz axşamlarında
şamların isığı yetərdi
sevincimin gözünü qamaşdırmağa.
Onda ölüm qoxumamışdı babamın nəfəsi,
onda sınmamışdı uşaqlığımın səsi.
Onda kürt yatmamışdı toyuq
Nənəmin saçında.
Onda kəsilməmişdi
137