Page 135 - "Yeni söz"
P. 135
Furqan Sadıq. Şeirlər
bu yağan yağışın ucundan tutub
ancaq yoxa çıxmaq olar, qadası –
toz üstə yıxılıb qalmış
bir sərxoş ləpir kimi...

***
hər gün bir kərpic ucalan
bu qəm ev olmayıb hələ...

***
bir gecə yuxuda
bir taksi tutub
düz ömür yolunun başına –
uşaqlıq yaşına sürdürəsən...
neçəyə aparar
görəsən?!

***
...görən, niyə söndürürlər
bu işıqlı adamları?!
axı işıqlı adamlar
işıqpulu yazmır, dost...

***
eynəyimin şüşələri
nə qədər böyüdür böyütsün –
fərqi yox...

nəsən ki, guya?!
elə o boydasan, elə əvvəlkisən,
elə balacasan,
cılızsan, dünya...

135
   130   131   132   133   134   135   136   137   138   139   140