Page 140 - "Yeni söz"
P. 140
nc yazarların ədəbiyyat almanaxı

Sənsizliyi otaqdan….
Pərdənin qoynuna girən külək əsnədikcə
Rəqəmləri fırlanğıcında yelləyir saat…

Çarpayımda oturan yorğunluq
Başımı dizlərinə alıb
“ya sus, ya da danışma”
deyə düyünləyir sozlərimi.

Gecə hisslərimdə gecələyir…
Gözlərim də
Qapaqlarını örtüb üstünə
Çoxdan yatıb...
Bircə yuxum oyaqdı,
Səni mənə gətirsin deyə…

Sən üşüyən adam deyilsən

İkimizi də eyni yerə
əlimizdən tutub
Taleyimiz gətirmişdi, dost.
Danışmağı, yeriməyi öyrətmədən bizə
Dünyanın bir küncünə tullayıb getmişdi…
Şansımızın alnına da
“Bəxtinizi bir daha sınayın” –
Yazıb gizlətmişdi tum paketlərində.

Elə ilk gündən
dünyaya borcla başlamışdıq, dostum…
Allah borcu, ana borcu, ata borcu,

140
   135   136   137   138   139   140   141   142   143   144   145