Page 143 - "Yeni söz"
P. 143
tar Günel Şamilqızı. Şeirlər

Yad paltarda keçən ömür
Allah bilir, hara axır.
Bu bədən həminkidirmi?
İçində ruhum darıxır.

Mən alanda təptəzəydi,
Bir-bir qırdım düymələri.
Öz ruhumun paltarına
Özüm vurdum döymələri.

Əzdim, ütüyə gəlmədi
Sonra kimsə tapdaladı.
Ətəyindən tutdu divlər,
O tüpürdü, bu yaladı.

Düz sol döşümün altından
Sökülür, çürüyür indi.
Başdan-ayağa ləkədi
Yuya bilmirəm mən pinti.

Hanı bu paltarın rəngi?
Yazdı, qışdı bomboz qalıb.
Mən tikirəm, o sökülür
Elə sapım da az qalıb.

Bu yaşda bu qədər yamaq.
Ağırdı, iynəm, ağırdı.
Bu gün də yamaq vururdum,
Bu gün də Allah baxırdı.

143
   138   139   140   141   142   143   144   145   146   147   148