Page 146 - "Yeni söz"
P. 146
nc yazarların ədəbiyyat almanaxı

İsanın çarmıxı düz bizə baxır,
Nəsimidən qalan qürub sarımı?
Bütün ikonalar daxıl kimidi
Udub saxlayıblar dualarımı.

Çox güman, bu evdə mən də əşyayam,
Dua qonduraram susqun dillərə.
Xaçlı, bax, ovcumda mismar yeri var –
Bir müsəlman eşqi dolur o yerə.

Gəmimə

Gəl, səsimə güldan ol
Qəlibləri düz mənə.
Əkməyə heç nəyim yox
Toxum şəkli çız mənə.

Təmiz-təmiz tanrılar
Dua girdabındadı.
Qıyımsızdı adamlar
Səslər söz qınındadı.

Sən verən güldanların
Gül görməyib ki bətni
Güldan olmağa nə var,
Gül olmaqdı çətini.

Adam güldanı gəmim,
Üzmə üzü küləyə.
Mən nə güldan gülüyəm,
Nə də qurban fələyə.

146
   141   142   143   144   145   146   147   148   149   150   151