Page 150 - "Yeni söz"
P. 150
nc yazarların ədəbiyyat almanaxı

Xəstələnmişdi – tək qalmışdı...
Susuzlamışdı – tək qalmışdı...
Ağlamışdı – tək qalmışdı...
Zəmi
Kandarınacan gəlib bitmişdi,
Sarı-sarı buğdalar xışıldaşırmış yuxularında
Aclıq illəriymiş və qarı çörək tapmırmış doyunca...
...Bilirsənmi, dostum...
Yuxumdaydı bu gecə o ev...
İlk gördüyümdə necə sarsılmışdım, İlahi!
Bir də hekayətini dinlərkən...
Bir cüt göz yaşı axıb getmişdi yanağımdan
Üzümü çevirmişdim biçilmiş zəmiyə
Və yanımdakı adam
Təsəlli vermişdi –
“Son anında tək deyilmiş”, – deyə...
Dostum...
Gedək bir gün şam yandıraq
Susaq o evin məzarının önündə
Olurmu?...

***
Dostum,
Buralar haradır?
Niyə başımın üstündə bunca sıxlaşmış buludlar,
Və niyə yağışlar yağmır?
Niyə ağacların kölgəsi
Düşmür cığırların üstünə?
Niyə quş yuvaları bunca səssizdir,
Niyə torpağın ətri gəlmir havadan,
Niyə buralar bir belə kimsəsizdir?
Dostum,

150
   145   146   147   148   149   150   151   152   153   154   155