Page 155 - "Yeni söz"
P. 155
m kişi olanda... Xalid Mahmud. Şeirlər

adam kişi olanda
siqaretin tüstüsünü göyə üfürməz,
içində saxlar...
dərdi kişi kimi çəkər,
fərq qoymaz böyük-kiçikliyinə...
kişilər göz yaşı axıtmaz, içində ağlar...

zamanın kəndiri uzun, ha uzat əlini, çatmaz.
kişilər getdiyi yolda ölər,
ölər, geriyə qayıtmaz...
və qucub torpağı bir az və sevər sevgilisitək
başını qoyduğu daşın, üzünü yalayar külək...

üzündə qəbir sükutu,
ruhunda ölüm iməkləyər addım-addım...
və açıq olar ürəyinin pəncərəsi,
baxıb keçsin deyə hər adam...

dolu döyə gözlərimi, əllərimi yağış yuya,
addım atdığım küçənin divarını qarğış yuya,
inandığım bu deyilsə...

ən doğrusunu sən bilirsən, sevgilim!
bir az Allah,
bir az vətən,
bir az qadın olar adamın içində,
adam kişi olanda...

155
   150   151   152   153   154   155   156   157   158   159   160