Page 158 - "Yeni söz"
P. 158
nc yazarların ədəbiyyat almanaxı

hər saatım bir gərginlik,
hər günüm
bir dibsizliyə doğru sürünmək…

hər kəs bir ümid yeri axtarır
bu boyda ümidsizlik içində.

bəlkə də ibadət
son ümid yeridi insanların,
kim bilir?!

biz kənd uşaqlarıyıq

göz açdıq dünyaya azan səsinə,
baş qoyduq torpağa, daş-daş böyüdük.
geydik əynimizə yağışı, qarı,
dumanla, çiskinlə qardaş böyüdük.
biz kənd uşaqlarıyıq...

bizə əl çalmağı öyrətmədilər,
bizə öyrətdilər dəryaz çalmağı.
başımız altına yastıq yerinə,
yığdılar qayanı, qoydular dağı.
biz kənd uşaqlarıyıq...

alnımız torpaqla dəstəmaz aldı,
əlimiz öyrəşdi döz becərməyə.
torpaqla biçildi kəfənimiz də,
alışdıq dırnaqla söz becərməyə.
biz kənd uşaqlarıyıq...

bulvar küləyiylə, dəniz mehiylə,
saçları daranmış qız bəyənmədik.

158
   153   154   155   156   157   158   159   160   161   162   163