Page 161 - "Yeni söz"
P. 161
r Xa rə Nurgül. Şeirlər

Yağış pıçıltı kimi
yağır havaya,
sirr kimi gizlənir torpaqda.

Torpaqsa buludlara bənzəyir
udanda yağış damcılarını.
Hər zaman yerlər gizləyir
göylərin acılarını.

Bir azdan yağış heykəlinə dönür
zülmətə uzanan işıq.
Navalçaların uclarında döyünür
evlərin ürəyi.

Və üzündə yağış damcısı
ağlamağı öyrənir çiçəklər.

Sirrini torpağa açır
yağışda ağlayan qadın...

13 hissə

Günəşi 5 yerə böldüm:
1-i sübhün,
1-i zöhrün,
1-i əsrin,
1-i məğribin,
1-i işanın...

161
   156   157   158   159   160   161   162   163   164   165   166