Page 159 - "Yeni söz"
P. 159
dik, hər kəlmənin üstündə əsdik, Xalid Mahmud. Şeirlər
qaytanı qırılmış söz bəyənmədik.
biz kənd uşaqlarıyıq...

***
sevginin ətəyi olmaz, canım, kötəyi olar.
dəydikcə yerindən qan çıxmaz,
yeri qançır olar, yara bağlamaz,
yəni havası gəldisə,
küt ağrılarla yandırar canını...

“məhəbbət üç il yaşar”, deyincə Berqbeder
bəlkə də, özünə təsəlli üçün seçdi
bu həyat tərzini,
ya da sevginin acısını soyutmaq üçün
hər gün bir qadın ağladı,
hər gün bir eşq hönkürdü...

görürsənmi... görürsənmi...
səni neçə göz ağladığımı,
neçə qucaq əzizlədiyimi,
neçə ayrılıq yola saldığımı,
bir qutu siqaret, bir udum tüstü kimi...

sönmüş ocaqların külü nəm olar,
boş qalmış yuvaların
qapısının dəstəyi soyuq olar,
yalnız ürəklərin döyüntüsü çox,
bu qədər göz yaşı,
bu qədər qar soyuğu,
bu qədər eşq atəşi varkən...

159
   154   155   156   157   158   159   160   161   162   163   164