Page 163 - "Yeni söz"
P. 163
r edərək ulduzları Xa rə Nurgül. Şeirlər
bir az şair olasan,
bir az uşaq.

Bir sən olasan,
bir də kürəyində buz kimi küçə.
Bir də gözlərində ulduzların işığı.

Birdən
götürüb göyün gözəgörünməz qapağını
dağıdasan ulduzları aşağı...

Torpağin əlləri böyükdür

Doğulanda həyat,
yaşayanda silah,
öləndə bayraq oldun.

Torpağın əlləri nə böyükmüş
gizlətdi səni də.

Mən ağlamağı öyrəndim,
sən yaşamamağı.
Bir də
unutmağı öyrəndik hər ikimiz.

Torpağın yaddaşı zəif olur...
İndi uzaqdasan yaşamdan...

163
   158   159   160   161   162   163   164   165   166   167   168