Page 167 - "Yeni söz"
P. 167
ə yoxam İn qam Yaşar. Şeirlər
Qapımı döyən ayrılıq,
Evdə yoxam.
Qonağam, deyən ayrılıq,
evdə yoxam.
Gördüyüm mənə çoxdumu,
xoş günüm iti oxdumu,
döyməyə qapı yoxdumu,
evdə yoxam.
Sənə kim dedi, gündə gəl,
ömür bitəndə – sonda gəl,
haçan çağırsam, onda gəl,
evdə yoxam.
Divardakı nəm danışır,
dam dolusu qəm danışır,
yerimə qələm danışır,
evdə yoxam.
Mülkümdən qoparıb məni,
bu qayğı lap sarıb məni,
aparan aparıb məni, –
evdə yoxam...
167
Qapımı döyən ayrılıq,
Evdə yoxam.
Qonağam, deyən ayrılıq,
evdə yoxam.
Gördüyüm mənə çoxdumu,
xoş günüm iti oxdumu,
döyməyə qapı yoxdumu,
evdə yoxam.
Sənə kim dedi, gündə gəl,
ömür bitəndə – sonda gəl,
haçan çağırsam, onda gəl,
evdə yoxam.
Divardakı nəm danışır,
dam dolusu qəm danışır,
yerimə qələm danışır,
evdə yoxam.
Mülkümdən qoparıb məni,
bu qayğı lap sarıb məni,
aparan aparıb məni, –
evdə yoxam...
167