Page 165 - "Yeni söz"
P. 165
tün yox olanlara Xa rə Nurgül. Şeirlər

Yoxluq külək kimidir...
Hərdən yüngülcə toxunar,
hərdən çırpılar üz-gözünə,
üst-başına...
İndicə parkda çərpələng uçuran
uşağa baxanda
yoxluğu daha yaxşı tanıdım –
yoxluq həm də uçurmağa arzuların olmamasıdır...
Həm də anladım ki,
gözləməyə adamım,
məktubum,
cavabım və daha nələrimsə yoxdusa
elə mən də yoxam...
mən də yoxam...
Budur yanımdan adamlar gəlib-keçir,
adamlar baxır yoxluğuma
mənimsə gözlərimdə
onu uzaqlara yola salarkən
son dəfə gördüyüm
ağarmış saçları var hələ də...
Bir də dönüşün mümkün olmadığını anladan
əşyalarının boş yeri...
Yoxluq
bir adamın bir çamadan yeri qədər olan
boşluğudur həm də...
o yerin soyuqluğudur...

165
   160   161   162   163   164   165   166   167   168   169   170