Page 107 - "Yeni söz"
P. 107
Feyziyyə. Şeirlər
deyin,
ona deyin, bu köynəyin qolları...
arzuların arxasınca su atırdım,
onda islandı...
deyin, onu yol gözləyir, ləngiməsin,
deyin, onu evi gözləyir –
qapısı, pəncərəsi,
bacası olanlara güvənməsin...

qalxın,
ona evinin yolunu göstərin,
deyin ona, yolların zolaqları soluxmuşu,
yol işarələri paslanmışı, oğurlanmışı ilə getsin.
deyin ona, yolların haçasında dayansın bir az,
yollarrr...
haçasızz..
olmazzz...
deyin ona, yolların biri ilə getsin, arxa-arxaya,
o biri gözündən itənə qədər.
deyin ona, bu dəfə yalan danışdım,
bu yol haça deyil ki,
üstünə eləcə qayçı şəkli çəkdim əhənglə,
istəsə, silə bilər, amma əlinin arxasıyla,
yavaşca, ehmalca –
amma əgər qarşısına çıxan qadının gözünü siləcək olsa,
amma əgər qayıdanda yol yerində olsa...
Soruşun, “Yolu bəyəndinmi?”
Sonra şəhadət barmağınızı dodaqlarınıza yaxınlaşdırıb pıçıldayın:
“Sss... Yol azaddır, amma, azadlıq deyil”...

107
   102   103   104   105   106   107   108   109   110   111   112