Page 109 - "Yeni söz"
P. 109
rmızı-qara velosiped təkərlərini dığırlayıb qaçan adamlar görsə, Feyziyyə. Şeirlər
bilsin, evinə ondan qabaq çatanlar var,
bir az da ləngisə...

bir də
deyin ona, getsin,
dayanmasın,
qulağına qəfil arxandan, sağdan, soldan,
bir də budaqlarından nəm köynəklər asılmış ağaclardan
körpə gülüşləri gəlsə də...
körpələr eləcə gülsə, gülsə, gülsə də...

***
Bilirsənmi, sən haqlıydın əslində
hər şey vədəsində bitməliydi, vədəsində.
Qonşu qızına sevdiyi əsgərin
asfalt üzərində yazdığı “məni gözlə” sözlərini yağış yuduğu an.
və qızın nəfəsi ilə tərləmiş, “ölənədək gözləyəcəm”
yazılmış pəncərə şüşəsini qəfil əsən küləyin sındırdığı zaman.
donmalıydı zaman,
donmalıydı məkan,
insan…

Bilirsənmi, sən haqlıydın əslində
hər şey vədəsində bitməliydi, vədəsində.
beşyaşlı qızcığazın ağ hasara qara kömür parçası ilə
“ev satılır” cızma-qarasını etdiyi an.
və gənc ananın sevgilisinin arxasınca su atmaq üçün
doldurmaq istədiyi büllur qabın əlində çatladığı zaman,
donmalıydı zaman,
donmalıydı məkan,
insan…

109
   104   105   106   107   108   109   110   111   112   113   114