Page 110 - "Yeni söz"
P. 110
nc yazarların ədəbiyyat almanaxı

Bilirsənmi, sən haqlıydın əslində,
hər şey vədəsində bitməliydi, vədəsində,
sonsuz qarının bir qış gecəsi
yuxuda bətnindən düşən körpəsinin qəfil üzünə gülümsədiyi an
və qarının başucunda mürgü vuran naümid qocanın
“oğlum” pıçıltısına səksəndiyi zaman.
donmalıydı zaman,
donmalıydı məkan,
insan…

Sən haqlıydın əslində.
insan xaindir, deyəndə,
Sən haqlıydın əslində.
insan sevdiyindən dönür, deyəndə.
sevdiyinin qatilidir, deyəndə.
Sən haqlıydın əslində.
Sevgi də vədəsində bitməlidir, vədəsində.

Sən haqlı olduğun gündən,
bu şəhərdə hər kəs sənin qədər haqlı
Bütün “məni gözlə” yazılmış,
yağış yuyan küçələrdən keçən insanlar
eyni sözü pıçıldar o gündən –
“Hər şey vədəsində bitməlidir, vədəsində”.

110
   105   106   107   108   109   110   111   112   113   114   115