Page 108 - "Yeni söz"
P. 108
nc yazarların ədəbiyyat almanaxı


itələyin onu
yaşıllığını unutmuş meşənin
səsini, nəfəsini içinə çəkmiş yerinə
bunu özü istədi ki...
deyin, ağlamasın,
bu günəşsizlikdə, bu baharsızlıqda,
bu yaşılsızlıqda,
bu insansızlıqda
agacların dibində üzüüstə yıxılmış yuvaları görəndə.
o qədər istədim ki,
küçələrdə dilənən pinti qadınların qucağındakı
üzü-gözü kirdən xumarlanan körpələri
köynəyimin altında,
sinəmin üstündə isitməyi...

üşüyürəm...
deyin, qoyub getsin,
üzüqoylu düşən qaranquş balalarını zarıya-zarıya,
ürpənməsin
çəkmələrinin altında qalan körpə göyərçinlərin çığırtılarına,
ürpənməsin susmalarına – yollar belə gedilir...
deyin ona, yorulsa, söykənməsin ağaclara,
üşüdər, budaqlarındakı
arzularının arxasınca su atmışların,
evinin yolunu itirmişlərin yaş köyəkləri – asılıb qurumağa,
yarpaq olmağa...

bu dəqiqə
çıxartsın çəkmələrini,
bağlı yolların kilidini yalın ayaqlar açar,
yolu yalınayaqlılar qayıdar,
ayaqyalınlar azad olar...
deyin, yanından

108
   103   104   105   106   107   108   109   110   111   112   113