Page 104 - "Yeni söz"
P. 104
nc yazarların ədəbiyyat almanaxı

Dincələsən

Zövq ilə yanmaq ola, zövq ilə yandırmaq ola
Yanasan, dincələsən, yandırasan, dincələsən!

Oxuyub kövrələsən sevgi dolu məktublar,
Götürüb sonra da bir-bir cırasan, dincələsən...

Ayrılıq badəsini içməyəsən, məst olasan,
Əllərindən salasan, sındırasan, dincələsən!

Çirk kimi şübhəni də tökmək ola beynindən –
Durasan üç-beş ağız asqırasan, dincələsən...

Nə ki bəxtində əzab var, çəkəsən birdəfəlik –
Toplayıb var gücünü, qışqırasan, dincələsən!

Yorularkən yaşayışdan, canını Sevdiyinə,
Cismini doğmalara tapşırasan, dincələsən...

Qalmışam

(aşıq şeirinə bənzətmə)

Qədər məni qaraladı, ağladım,
Ağı deyib qarasında qalmışam.
Gör kimlərin sırasından çıxmışam,
Gör kimlərin sırasında qalmışam.

Qurban olum, mən ölüyəm, sən diri:
Kim qaladı bu yandığım təndiri?!
Dartır məni ehtiyaclar kəndiri,
Gözü çörək parasında qalmışam...

104
   99   100   101   102   103   104   105   106   107   108   109