Page 103 - "Yeni söz"
P. 103
an durar – harada türk qanı tökülsə əgər, Əvəz Qurbanlı. Şeirlər
Nədən cahanda yaşam bəs sürüb-sürüb gediyor?
İçimdə “Sur” səsitək bir nida qopur: “Əcəba,
Zaman mühərriki türkün qanıyla dövr ediyor?!”

Yollarda

Bir ömür qalsa da həsrətli gözüm yollarda,
İstərəm hər nə cəfan olsa, dözüm yollarda...

Gəzirik yar sorağıyla səfil-sərgərdan:
Xəyalım yar məkanında, özüm yollarda...

Nə olar, yağma yağış! Ah, nə olar, əsmə külək,
Bəlkə, yarım gələnə qaldı izim yollarda...

Hara ki yarım ayaq qoydu, ora baş qoydum –
Belə sürtüldü çarıqlartək üzüm yollarda...

Üzü dönsün fələyin, çərxi dolaşsın dövrün,
Dolaşır özgələri indi bizim yollarda...

Bunca hicrində, gülüm, tab eləmək müşkül idi,
Mənə vəslin həvəsi verdi dözüm yollarda.

Bu qədər yollara düşdüm, demədin, ay zalım,
Demədin heç, “nə gəzir bəs Əvəzim yollarda”...

103
   98   99   100   101   102   103   104   105   106   107   108