Page 98 - "Yeni söz"
P. 98
nc yazarların ədəbiyyat almanaxı
Allahın zarafatı
Ölənlər oyanıb çıxa qəbirdən
durub dirilərin qaza qəbrini,
gedəsən sevdiyin qəbrin üstünə
görəsən yazılıb:
“bir zarafatdı.”
Şeytan da bezikib çıxa özündən,
içindən Allahın özü boylana,
dönüb arxasınca gələn bəndəyə:
“Yaman aldatdım ha...”
deyə!
Sancıdan qıvrılan anaya
məktub gələ
bətnindəki körpədən:
məni gözləməyin,
bu, zarafatdı.
75 yaşında döyülə qapın –
məktəbdə sevdiyin qızdı
qayıdıb.
əlində əsanın qoyduğu qabar
toxuna saçlarına...
Qoşulub İblisə, çıxıb gedəsən,
Allahın dalınca qeybət edəsən,
arxanca mələklər yalvara,
Allah da göydən qışqıra:
Emin,
bu,
zarafat deyil?!
98
Allahın zarafatı
Ölənlər oyanıb çıxa qəbirdən
durub dirilərin qaza qəbrini,
gedəsən sevdiyin qəbrin üstünə
görəsən yazılıb:
“bir zarafatdı.”
Şeytan da bezikib çıxa özündən,
içindən Allahın özü boylana,
dönüb arxasınca gələn bəndəyə:
“Yaman aldatdım ha...”
deyə!
Sancıdan qıvrılan anaya
məktub gələ
bətnindəki körpədən:
məni gözləməyin,
bu, zarafatdı.
75 yaşında döyülə qapın –
məktəbdə sevdiyin qızdı
qayıdıb.
əlində əsanın qoyduğu qabar
toxuna saçlarına...
Qoşulub İblisə, çıxıb gedəsən,
Allahın dalınca qeybət edəsən,
arxanca mələklər yalvara,
Allah da göydən qışqıra:
Emin,
bu,
zarafat deyil?!
98