Page 93 - "Yeni söz"
P. 93
ş yuxusu buxarlanar torpağın, Elşad Ərşadoğlu. Şeirlər
Nə zaman ki, ay üzündən gün çıxar.
Qarışqanın qayğıları cücərər,
Kəpənəyin gül yuxusu çin çıxar.

Baharın ən gözəl nəğməkarları...
Təbiət nəğməsin xoşlar onların.
Keçər iş başına cırcıramalar,
Solo konsertləri başlar onların.

Böcəklər yuxlayan tər çiçəklərə,
Müştəri gözüylə baxar arılar.
Hər gülün üstünə neçəsi düşər,
“Səlib yürüşü”nə çıxar arılar...

Biz də təbiətin bir parçasıyıq,
Onun ahənginə qarışmışıq biz.
Bu yaz çiçək açar, payız bar verər,
Keçən bahar puçurlayan sevgimiz...

Yenə bahar gəlib, ay ömrüm-günüm,
Gün vurar, əriyər yenə dərd-sərim.
Nəfəsimdə yanaqların allanar,
Tellərində çiçəkləyər əllərim...

93
   88   89   90   91   92   93   94   95   96   97   98