Page 89 - "Yeni söz"
P. 89
la-azala yox olur adam Elşad Ərşadoğlu. Şeirlər

Başqasının bətnində yaransa da,
öz içində doğulur adam...

Yaşayır...
Havası çatmır,
həm istidən,
həm soyuqdan,
vardan,
yoxdan,
sevgidən,
sevgisizlikdən,
kədərdən,
sevincdən...
bir sözlə,
içdən-içdən əzab çəkir,
boğulur adam…
Ancaq ən pis,
dostların,
yaxınların sevgisindən yıxılır adam.
Elə yıxılır ki,
çilik-çilik olub öz içinə dağılır adam.
Sonra da
qırıntılarını yığıb toplamağa çalışır öz içində.
Neyləsə də
bir qırıntısı da olsa, kəm gəlir hər dəfə.
Hər dəfə bir qırıntı,
bir hissə azalır,
çıxılır adam.

89
   84   85   86   87   88   89   90   91   92   93   94