Page 91 - "Yeni söz"
P. 91
ılıq – ölümün məsdər forması Elşad Ərşadoğlu. Şeirlər

İnsan bu dünyada yaşamır, lələ,
İnsan ölməməyin dadın çıxardır.
O da Yaradandır, yaradanlığı,
Kişinin canından qadın çıxardır.

Ağ saç kölgə salmaz üz ağlığına,
İllərin, zəhmətin gücünə çıxır.
Nəsə, görmədiyi günlərin rəngi,
Get-gedə adamın saçına çıxır.

Ayrılıq ölümün məsdər forması,
Ağrılar ölümün pis qoxusudur.
Qırış-filan nədir? Adamı çölün,
İçinin yanğısı, odu qarsıdır.

Niyə yaranır bu minlər, milyonlar,
Sonda yarandığı BİRə dönürsə?
Yaşamaq deyilən nisyəçilikdi,
Hamı öz gəldiyi yerə dönürsə.

Ən şəfalı həkim Zaman həkimdir,
Bütün ağrıların dərmanı vaxtdır.
Tamaşa ordadır, səhnə ordadır,
Bu ömür ölümdə bir antraktdır...

91
   86   87   88   89   90   91   92   93   94   95   96