Page 87 - "Yeni söz"
P. 87
az da özgənin, yadın. Elnaz Eyvaz. Şeirlər
Gözlərimə əksin düşüb,
dilimə yansıyıb adın.
Nə yaxşı ki varsan, Adam,
bir az gec oldu, bilirəm,
bir az yaralı yerimdir,
amma olsun... yenə şükür,
xeyli şadam...

***
Mən Səni belə sevmişəm:
ruhundan bədənə kimi.
Allah Sənə ömür versin,
mən ölüb gedənə kimi...

***
Hardan biləsən ki,
necə öldürür adamı
darıxmaq?
Döyüş də uzaqdan belə görünür:
qurbansız, asan!
Axı Sən heç vaxt
Səndən ötrü darıxmamısan...

87
   82   83   84   85   86   87   88   89   90   91   92