Page 102 - "Yeni söz"
P. 102
nc yazarların ədəbiyyat almanaxı

Xocalı baharı

Zaman donubdu bu yerlərdə, vaxt ötüb keçməz,
Saatlar ömrü dalınca yedəkləməz bu bahar!
Yaşantı səsləri duymaz təbiətin qulağı,
Tumurcuq açmaz, ağaclar çiçəkləməz bu bahar…

Bu kənddə evlər adamsız keçindilər neçə il,
Soyuqda evsiz-eşiksiz qalan adamlarıtək…
Qapandı pəncərəsi xəstələnmiş arzuların,
Ətirli mehlə otaqlar küləkləməz bu bahar.

İtirdi odlu ürəklər Günəş sıcaqlığını,
Soyuq sabahları bəhs eyləməz məhəbbətdən.
Yubandı qaldı sabahlar ötən baharlarda,
Sevənlər ondakı istəklə bəkləməz bu bahar!

Cahan baxıb susar! Ancaq silahlar odlanıyor,
Qar üstə körpələrin güllələnmiş izlərinə!
Can üstə bir qarının son sədası “yavrum!” olar,
Gözündə körpə ümidlər iməkləməz bu bahar!

Zaman donubdu bu yerlərdə, vaxt ötüb keçməz,
Saatlar ömrü dalınca yedəkləməz bu bahar!
Yaşantı səsləri duymaz təbiətin qulağı,
Tumurcuq açmaz, ağaclar çiçəkləməz bu bahar…

…Kimin batırsa əli bir günahsızın qanına,
Nə cür hesab verəcək, anlamır, Qiyamətdə?
Eheeyy! Bu gün harada türk ölür – günahsız ölür!
Əzəldə türk qanı yoğruldu çün ədalətdən!

102
   97   98   99   100   101   102   103   104   105   106   107